EURO 1,8999 NEFT 45,54
USD 1,7022 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:15.06.2017 11:05:51

Hörmüz boğazında İran və ABŞ hərbçiləri arasında gərgin anlar yaşanıb.

İslamazeri.com-un CNN telekanalına istinadən verdiyi xəbərə əsasən, İranın Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus raket kateri lazer işığını ABŞ-ın Dəniz Piyadaları korpusunun vertolyotuna tuşlayıb. Bu haqda ABŞ HDQ-in 5-ci Donanmasının nümayəndəsi Vilyam Urban məlumat verib.

Urbanın sözlərinə görə, ABŞ hərbçiləri İran gəmisinin hərəkətlərini “qeyri-təhlükəsiz və qeyri-professional” adlandırıblar.

O həmçinin qeyd edib ki, İran gəmisi ABŞ vertolyotuna təhlükəli anlar yaşadıb, çünki “hava gəmisinin” lazerlə işıqlandırılması gecə görüntüsü eynəkləri ilə işləyən pilotları çaşdıra bilər.

Hadisə, iyun ayının 13-ü ABŞ-ın 3 hərbi gəmisi və bir CH-53 vertolyotu Hörmüz boğazının beynəlxalq sularından keçən zaman baş verib. ABŞ-dan olan hərbçilərin məlumatına görə, İran gəmisi ilk olaraq ABŞ gəmilərindən birini projektordan işıqlandırıb, daha sonra vertolyotu lazerlə tuşlayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford İran, Rusiya və Çini ölkəsinin əsas rəqibi kimi qələmə vermişdi.


Hörmüzdə gərgin anlar: İran ABŞ hərbçilərini nişan aldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • TAYDER İstanbulda tələbə və müəllimlərin iştirakı ilə
    Türkiyənin tanınmış təşkilatı Qüds günü ilə əlaqədar “Fələstinin dünəni, bu günü və gələcəyi” adlı tədbir keçirib.
     25.06.2017
    Trampın kürəkəni və baş müşavirinin istəyi Fələstin prezidentini qəzəbləndirib
    Mahmud Abbas Kuşnerin bu istəyinin İsrailin xeyrinə olduğunu deyərək, istəyini qəbul etməyib.
     24.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ