EURO 1,955 NEFT 78,91
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:15.11.2017 20:14:52

Hollandiyanın Enşede şəhərində məscid tikilməsi planlaşdırılan sahədə İslam və köçkün əleyhinə PEGIDA-nın etdiyi aksiyadan sonra bir ravvin ölkədəki müsəlmanlara dəstək məktubu yazıb.

İslamazeri.com Avropa mediasına istinadən xəbər verir ki, Hollandiyada ravvin kimi xidmət edən Lodi van de Kamp Enşede şəhərində yaşayan müsəlmanlara İslam və köçkün əleyhinə olan PEGİDA-nı pisləyən məktub yazıb.

Van de Kamp məktubunda, Enşede şəhərində keçən həftə PEGIDA üzvü bir qrupun məscid tikilməsi planlaşdırılan sahədə apardıqları İslam əleyhdarı hərəkətlərin utancverici olduğunu bildirib.

Uşaqlığını Enşede şəhərində keçirdiyini bildirən Kamp "Quldurlar qorxunc bir şəkildə etdikləri bu hərəkətlə orada tikilməsi planlaşdırılan məscidə ləkə sürə bilməyəcək. Keçmiş həmyerliniz olaraq bu sözləri utanaraq yazıram, amma buna qarşılıq sizin və cəmiyyətinizlə aramızdakı həmrəyliyi hiss edirəm" deyib.

Məktubu dua edərək sonlandıran Lodi van de Kamp tikilməsi planlaşdırılan məscidin rəsmi açılışını müsəlmanlar kimi səbirsizliklə gözlədiyini qeyd edib.


Hollandiyada yəhudi din xadimindən müsəlmanlara PEGİDA məktubu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İrandan yanlış imic təqdim etmək, düşmənin ən mühüm gündəmidir
    Ayətullah Xamenei ölkənin iki minə qədər fəal gənc elitası və görkəmli alimlərini qəbul edib.
     19.10.2018
    Milli Məclisin ən çox maaş alan deputatları: Kim nə qədər alır? - SİYAHI
    Dəyişiklik mayın 1-dən qüvvəyə minib və deputatlar artıq 5 aydan çoxdur ki, bu qədər maaş alırlar...
     18.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ