EURO 2,0081 NEFT 51,74
USD 1,7008 RUB 0,0288
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:23.05.2017 19:27:48

"Bu şuranın üzvləri tanınmış adamlardır və çox adam bu şuranın varlığından xəbərsizdir."

İslamazeri.com xəbər verir ki, İran İslam Respublikasının keçmiş Prezidenti Mahmud Əhmədinecad İtalyanın "Corriere Della Sera" qəzetinə verdiyi müsahibədə bunları deyib: "Kapitalist sistemlər və nəzarət altındakı demokratiyalar dünyada məğlub olub və xalqın istəklərinə cavab verə bilməyib. Onlar özlərini qəbul etdirmək üçün təzyiqdən istifadə ediblər və hansı rejim və imperiya bu nöqtəyə çatsa, o sistem işi bitmiş olaraq görməlidir.

- Cənab Əhmədinejad, mənə və "Corriere Della Sera" qəzetinə vaxt ayırdığınız üçün təşəkkür edirəm. Əgər icazə versəydiniz suallarıma xarici məsələlərlə başlamaq istəyirəm. Amerika Prezidenti Donald Tramp son günlərdə Səudiyyə Ərəbistanı və İsrailə səfərlər etdi. Bu iki ölkə regionda İranın düşmənləri kimi tanınır. Sizcə, Trampın xarici siyasəti nədir?

- Trampın davranışlarını Amerikada hakim olan sistem çərçivəsində dəyərləndirmək lazımdır. Amerika hakimiyyət orqanlarının siyasəti dünyaya və Yaxın Şərqə hakim olmaqdır və Tramp da eyni siyasəti izləyir. Əlbəttə mən Trampın başlatdığı bu dövrün son dövr olduğunu düşünürəm. Tramp dünyanın müxtəlif bölgələrində müharibə başladaraq Amerikanın iflas edən iqtisadiyyatını xilas etməyə çalışır, amma buna nail ola bilməyəcək.

- Son dövrdən məqsədiniz nədir. Məqsədiniz Amerika İmperiyasının dünyadakı son dövrüdürmü?

- Bu silahdan Amerika iqtisadiyyatını xilas etmək üçün son dəfə istifadə ediləcək. Hazırda Amerika hakimiyyət orqanlarının 40 min milyard dollar borcu var və bu borcu müharibə ilə ödəmələri mümkün deyil və bununla bərabər Amerikanın siyasətlərinə qarşı qlobal insani bir müqavimət formalaşmışdır. Artıq Amerikan ideyasının və kapitalizm düşüncəsinin 70 il əvvəlki kimi bir cazibəsi yoxdur. Dünyada kapitalist sistem uğursuz olmuş və xalqın hüquqları olan tələblərini qarşılamağa cavab verə bilməyib. Onlar özlərini qəbul etdirmək üçün çətinə müraciət ediblər və hansı sistem və imperiya bu nöqtəyə gəlsə, onun işi bitmiş hesab edilməlidir. Mövcud vəziyyətin dəyişməsi dünya miqyasında hər kəsin istəyidir. Əgər bu gün İtaliya xalqına sərbəst seçim etmələri barədə icazə verilsə, siz seçimlərinin nə olacağını təxmin edirsiniz? Əminliklə mövcud vəziyyətin dəyişməsi olacaq. Demək olar ki, bütün ölkələrdə vəziyyət belədir.

- Bu günlərdə dünya miqyasında xalq bütövlükdə hakim sistemdən məmnun deyil və bəlkə də populizmin dünya miqyasında yayılmasının səbəbi budur. Məsələn, İtaliyada vəziyyət birmənalı olaraq belədir. Bu günlərdə İtaliya xalqı artıqlaması ilə populizmdən bəhs edir. Fransada da vəziyyət belədir. Çünki populizmi izləyən adam xalqın məmnun olmadığı siyasi hakimiyyətin qarşısında dayanır və xalqı özünə tərəfinə çəkir. Siz də özünüzü İranda rəsmi olaraq bu populizmə daxil olmuş biri kimi görürsünüzmü?

- Siz də xalqın məmnun olmadığını vurğuladınız. Mən də xalqın məmnun olmadığını vurğulayıram. Mən xalqın iradəsinin hakim olması lazım olduğuna inanıram və demokratiyanın mənası da budur. Xalq razı deyilsə, bu xalqın iradəsinin hakim olmadığı mənasına gəlir. Yəni nəzarət altına alınmış bir demokratiya və kapitalizm xalqı məmnun edə bilməyib. Bu nəzarət altına alınmış demokratiyanın və kapitalizmin mərkəzi Amerikadır və hazırda beynəlxalq qurumların Amerika sistemini dəstəkləmək üçün lazımlı hüquqları yoxdur.

- Beynəlxalq qurumlardan məqsədiniz nədir?

- Beynəlxalq qurumlardan məqsədim, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq sistemlərdir. Amerikanın üzvü olduğu birliklərdir. G7 və digər qruplar kimi. Bu sistemlərin hazırda lazımi haqları yoxdur.

- Yəni xalqın nəzərindəki legitimliklərinimi itirdilər?

- Bəli, xalq artıq onları qəbul etmir və onların artıq hər hansısa bir legitimliyi yoxdur. Amerikanın işğalçı siyasətlərini dəstəkləyən ölkələrin hazırda özləri də legitimliklərini itiriblər. Amerika iqtisadiyyatı tam mənası ilə iflasın astanasındadır. Amerikanın daxilində də narazılıq və narahatlıq zirvəyə çatıb. Hazırda sərhədlər də faktiki olaraq qalxıb. Əvvəllər amerikalılar dünyanın müxtəlif nöqtələrində problemlər yaradırdılar, amma öz sərhədləri içərisində təhlükəsizlikdə idilər, amma indi vəziyyət belə deyil. İndi bir problem yaratdıqları halda, bu məsələ dərhal Amerika sərhədləri içinə də keçir. Bu səbəbdən mən Trampın dövrünün son dövr olduğuna inanıram.

- Bəs sonra nə olacaq?

- Dünya yeni bir sistemə, bütün xalqın dünya idarəsində iştirak etdiyi bir quruluşa doğru gedəcək. Məhz o zaman hamı üçün azadlıq, ədalət, rifah və təhlükəsizlik olacaq.

- İtaliyada hər kəs narazılığın olduğunu bilir və bu səbəbdən bəzi siyasətçilər xalqın bu narazılığından özlərinin hakimiyyətə gəlməsi üçün istifadə edirlər. Berluskoni bunun nümunəsi idi və o da bunu etdi. Görəsən siz də özünüzü İranda populizmin rəsmi öndəri kimi görürsüz, ya bunu tamamilə inkar edirsiniz?

- Biz heç vaxt güc arxasınca deyilik. Biz islahat arxasıncayıq. Biz azadlıq, ədalət və bütün yaxşılıqları hamı üçün istəyirik. Harada olduğumuzun bir əhəmiyyəti yoxdur. Bizim partiyamızın olmamasının səbəbi də budur.

- Siz Trampın son dövr olduğunu və xüsusilə regionda Amerika İmperiyasının son dövrü olduğunu dediniz. Yaxşı, bəs Amerikanın İsrail və Ərəbistan kimi regiondakı müttəfiqlərinə nə olacaq?

- Mən yeni bir dünya nizamının formalaşmasına doğru getdiyimizi düşünürəm. Bir çox sərhəd dəyişəcək. Məqsədim coğrafi sərhədlər deyil, məqsədim insanlar arasında məsafələr yaradan sərhədlərdir. İrq, millət və məzhəb sərhədləri aradan gedir və biz bütün insanların bərabər hüquqlara sahib olduğu bir istiqamətə doğru gedirik. Kimsənin özünü başqalarından üstün görmədiyi, müharibə və işğal arxasınca olmadığı bir istiqamətə doğru.

- Yəni bu yeni dünyada artıq Amerikan imperiyalizmindən narahat olmağa lüzum olmadığını və dünyanın hər kəs üçün rahatlıq və sakitlik məkanı olacağını deyirsiniz?

- Bəli, bütün insanlar bərabər hüquqlara malik olacaq və artıq işğal və qarət olmayacaq.

- Bu hadisə nə vaxt baş verəcək?

- Çox yaxın vaxtda. Çox sürətli bir şəkildə o istiqamətə doğru hərəkət edirik. Bunu unutmayın, ictimai olaraq yığılmış enerjilər bir dəfədə boşalacaq və xalq bir şey istədiyi vaxt qəti şəkildə baş tutacaq. Sizdən xalqın mövcud sistemdən məmnun olmadığı barədə soruşduğum sual bu məsələyə dəlalət edir və xalqlar yeni bir sistem istəyir və bu hadisə baş verəcək.

- Mən sizin Hz. Mehdi zühur edəcək dediyiniz köhnə nitqlərinizə qulaq asmışam. Görəsən bu sistemdə Hz. Mehdi də olacaq, yoxsa?

- Dünya qəti şəkildə Onun zühuruna doğru hərəkət edir. O, Həzrət İsa ilə bir araya gələcək. Bizim saleh, xalqın iradəsinin nümayəndəsi olan və xalqı islah edəcək şəxslərə ehtiyacımız var. Bu an siz Həzrəti İsaya qarşı necə münasibət bəsləyirsiniz? Ondan qorxursuz? Onu bir əcnəbi kimi, yoxsa qəlbinizdə şəfqətli bir dost kimi hiss edirsiniz? O heç vaxt heç kəsin pisliyini istəməz, güc və pul əldə etməyə çalışmır. O hər kəsin səadətini istəyir. O, hər kəsi sevir və şəfqəti yayar. O, müharibələrin işğalların və düşmənçiliklərin kökünü kəsmək istəyər. Hz. Mehdi bu sifətlərə sahibdir, hətta bu sifətlərdən daha uca bir adamdır. Onlar birlikdədir və xalqa kömək etmək üçün gələcəklər. Hər kim ədalət istəyirsə, əslində onları istəyir deməkdir. Hər kim azadlıq və şəfqət istəyirsə, əslində onları istəyir deməkdir. Dünyadakı mövcud rəhbərlərdən belə şeylər təmin edilə bilməyib. Əhəmiyyətli olan, bizim azadlıq, ədalət və şəfqət istəməyimizdir.

- Hökumətlərin xalqları məmnun etmədiyini söylədiniz. Sizcə, bu regionda və ya hər hansı bir regionda xalqının fikrinə hörmət edən bir güc və hökumət varmı?

- Bəli, hörmət göstərən adamlar var, amma mənim dediyim məsələ fərqlidir. Bir insana hörmət göstərmək onun bacarıqlarına, şəxsiyyətinə, azadlığına və iradəsinə hörmət etmək deməkdir. Bu kapital və nəzarət altına alınmış demokratiya xalqın xoşbəxtliyini təmin edə bilməmişdir. Bu sistemin müvəffəqiyyətsiz olduğu çox aydındır. Kommunizmin bacara bilmədiyi və getmək məcburiyyətində qaldığı kimi bunlar da bacara bilməyəcək və gedəcəklər.

- Yəni təkcə İran İslam Respublikası modelinin mi olacağını deyirsiniz?

- Xeyr, bütün dünyanı deyirəm. İran da bunun içindədir və fərq etmir. Hər yerdə xalqın iradəsi hakim olmalıdır.

- Bu kommunizmin eynisi deyilmi?

- Adlandırmaq düşüncənin əslindən çıxmaq olar. Bir düşüncəni bir qəlibdə açıqlamaq bəzən onu mənfi qılar. Biz dünyanın hər yerində az və ya çox problemlərin olduğunu, ancaq bu problemlərin dünyanın bir çox regionunda yeni bir sistemə ehtiyac olduğu məsələsini vurğuladığını deyirik.

- Siz prezident olduğunuz dövrdə xalqa kömək etdiyinizi və onlara pul verdiyinizi dediniz. Siz bir ad şəklində qəbul etməsəniz və hər nə qədər xalq bunu populizm kimi adlandırsa da xalqa yardım göstərmək çox yaxşıdır. Tramp da indi eyni şeyi, yəni xalqa kömək etmək istədiyini deyir. Bəli, Tramp da qəti şəkildə xalqa verdiyi bir çox sözü yerinə yetirməyə bilər. Çünki ideallardan bəhs etmək gözəl və şirindir, amma onları real həyatda tətbiq etmək çox çətindir. Siz də beləmi düşünürsünüz?

- "Yardım" kəlməsi doğru bir kəlmə deyil! Allahın verdiyi sərvətlər xalqa məxsusdur, amma hökumətlər bunu özlərinə xas qılmışlar mən sizdən soruşuram, Allah dünyanı kimin üçün yaratmışdır? Müəyyən bir təbəqə üçün, yoxsa bütün insanlar üçün? Mən dünya sərvətlərini idarə etməsi lazım olanların xalq olduğuna inanıram. Digər bir sual da budur, xalqa azadlığını hökumətlər verir yoxsa Allah, yoxsa onları sərbəst olaraq yaratmışdır? Hökumətlərin azadlığı məhdudlaşdırdığı və daha sonra da azadlıq sərhədləri haqqında mübahisə etdiyi aydındır! Halbuki azadlıq insanlara aiddir. Bütün insanlar azad olmalıdır və mən insanların, sərvətlərin, azadlığın və gücün sahibi olduqlarına və hökumətlərin xalqı bu səlahiyyətdən məhrum etdiklərinə və bu haqları məhdudlaşdırdığına inanıram.

- Siz Trampın son dövr olduğunu dediniz. Əgər Hillari Klinton seçilmiş olsaydı daha fərqli olacaqdı?

- Fərqi yoxdur. Hillari Klinton da gəlsəydi müharibəyə yönələcəkdi! Amma qadının şəxsiyyəti müharibə üçün uyğun olmadığına görə Tramp gəldi. Amerikada qərarları fərqli adamlar verir.

- Məqsədiniz Pentaqon Generallarıdırmı?

- Amerikada səhnənin arxasında on nəfərlik bir şura var və bu şura böyük qərarlar verir və İngiltərə Kraliçası da bu şuradadır. Bu şuranın üzvləri tanınmış adamlardır və çox adam bu şuranın varlığından xəbərsizdir.

- Yəni İngiltərə Kraliçası da bu şuranın üzvüdür, doğrudurmu?

- Bəli, onlar dünya sisteminin bir hissəsidir. Əslində bunlar dünyadakı faktiki sistemin mərkəzidirlər.

 

Tərcümə İslamazeri.com saytına məxsusdur...


Əhmədinejad: “Amerikada səhnənin arxasında on nəfərlik şura var və böyük qərarlar verir”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakını toz-duman bürüdü
    Bu gün səhər saatlarından Bakının üzərini toz-duman bürüyüb
     23.08.2017
    “Bəşər Əsədin sözləri Suriyada qələbənin yaxın olduğuna işarədir”
    Qəzet həmçinin Sionist rejim mütəxəssislərinə istinadən, Suriya prezidentinin son açıqlamasının Dəməşq rəhbərliyinin zəfərinin xəbərçisi olduğunu qeyd edib.
     22.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ