1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:10.03.2020 10:03:20

HƏMAS Səud rejiminin hərəkat üzvlərinin həbsini və mühakiməsini pisləyib.

İslamazeri.com Rasthaber-ə istinadən xəbər verir ki, Fələstin Müqavimət Hərəkatı  HƏMAS-ın mətbuat katibi Hazim Qasim, Səudiyyə Ərəbistanının Fələstin Həmas Hərəkatı üzvlərinin həbsini və mühakiməsini pisləyib.

"Bu insanlara məhkəmədə hörmət edilməlidir. Səudiyyə Ərəbistanı millətçiliyin simvolu olan Fələstin liderlərini azad etməsini istəyirik"- deyə Hazim Qasim bildirib.

Fələstin rəsmisi daha sonra deyib:  "Bütün ərəb və İslam ölkələri bu cür məhkəmələr quraraq müqaviməti zəiflətmək əvəzinə Fələstin müqavimətini gücləndirməlidir"

Həmas Hərəkatı 9 sentyabr 2020-ci ildə Səudiyyə Ərəbistanı ilə "əlaqələrin idarə edilməsi" üçün məsul olan və 20 ildir bu işi görən Məhəmməd əl-Hudari və oğlunun həbs olunduğunu elan edib.

Qərargahı Cenevrədə yerləşən Avro-Aralıq dənizi İnsan Hüquqları Mərkəzi də 6 sentyabr 2019-cu ildə Səudiyyə Ərəbistanının Hudari başda olmaqla 60 fələstinlini səbəbsiz saxladığı haqqında məlumat vermişdi.

Qeyd edək ki, vəhabi krallıq ABŞ və İsrailin xahişi və göstərişi ilə Səudiyyədəki fələstinli müqavimət təmsilçilərinə qarşı müharibə elan edib.


HƏMAS-dan vəhabi krallığa sərt sözlər: Fələstini zəiflətmək istəyirlər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusa ən çox yoluxan 10 müsəlman ölkəsi
    worldometers saytı dünya üzrə rəsmi mənbələrə istinadla özünün onlayn cədvəlini hazırlayıb.
     02.04.2020
    İrana kömək təklif edən Tramp, Rusiyadan yardım istədi
    Tramp özü Putinlə danışdıqdan sonra Rusiyanın köməyi barədə həvəslə danışıb
     02.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ