EURO 1,9848 NEFT 78,55
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:26.01.2018 09:38:06

İmam Cəfəri Sadiqin (ə) Əhli-beyt tərəfdarlarının sahib olduğu 12 xüsusiyyəti bəyan edir

1. Axirət: 

Axirət onların gözündə çox böyükdür, belə ki, heç bir şeyi onunla əvəz etməzlər. Dünya isə onlar üşün dilsiz düşmən və zəhərli ilan nisbətindədir.

2. Allah ilə ünsiyyət:
Onlar Allahla ünsiyyət qurub, dünyapərəstlərdən uzaq olarlar. İlahi nemətlərdən istifadə edər, lakin ona bağlanmazlar.

3.Özünü hesaba çəkmək:
Bizi tanıyan hər bir müsəlman gündəlik özünü hesaba çəkməlidir. Xeyir iş gördükdə artırmaq uğrunda çalışmalı, mənfi əməl gördükdə isə tövbə edib tərk etməlidirlər.
 
4.Səxavət:
Həqiqətən bizim tərəfdarlarımızın xüsusiyyətlərindən biri qardaşlarına qarşı səxavətli olar və ehsan edərlər.

5. Gündəlik 50 rükət namaz və namazın vaxtlarına diqqət:
Bizim tərəfdarlarımız gündəlik 50 rükət namaz qılar və Zöhr namazının vaxtına diqqət yetirər. (Red: Nafilələr)

6. Aqressivlik və qışqırmaqdan uzaq olmaq:
Bizim tərəfdarlarımız səs-küy salmazlar.

7. Tamahdan uzaq olmaq:
Bizim tərəfdarlarımız qarğa kimi tamahkar və həris olmazlar.

8. Düşmənlərdən uzaq olmaq:
Bizim tərəfdarlarımız düşmənlərlə qonşuluq etməz, aclıqdan ölsələr belə onlara əl açmazlar.
 
9. Yeməyə diqqət yetirmək:
Bizim tərəfdarlarımız  ilan balığı yeməz, şərab içməzlər.


10. Behişt yolunu tutarlar:
Onlar imamlarına itaət etmək, düşmənləri ilə düşmən olmaq, agah söz demək (agahlıq gətirmək) və cəhalət zamanı sükut etməklə cənnət yollarını qət edərlər.

11.Azğın əqidələrdən uzaq olmaq:
Bizim tərəfdarlarımızı məbada azğın əqidələr məzhəblərindən uzaqlaşdırsın.

12. Ən gözəl işləri görmək:
Səninlə əlaqəni kəsənlə barış, səndən bir şeyi məhrum edənə nə isə ver, sənə pislik edənə isə yaxşılıq et, sənə nalayiq söz deyənə salam ver. 

Hər bir şeyin bir əsası və bünövrəsi var, islamın bünövrəsi isə biz Əhli-beytin (ə) məhəbbətidir.


Əhli-beyt tərəfdarının 12 xüsusiyyəti

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Londonda sürücü maşınını məscidin yanındakı adamların üzərinə sürdü
    Yerli polis insidentlə bağlı məlumat verib.
     19.09.2018
    Valideynlər övladlarını məktəblərə qoya bilmir - ŞİKAYƏT
    Yeni tədris ili başlasa da, bəzi valideynlər övladlarını təhsil müəssisələrinə yerləşdirə bilmirlər.
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ