EURO 1,8941 TRY 0,2634
USD 1,7 RUB 0,0215
  1. http://www.islamazeri.com/
  2. İnfo

Kateqoriya : İnfo

Yayınlanma tarixi:25.12.2019 09:36:43

Bu zaman Zaqatala ətrafına gizli şəkildə xüsusi yetişdirilmiş təxribat-diversiya qrupları buraxmağı bacarmışdır...

Tarixdən hamımızın bildiyi kimi, III Reyxin Qafqaz regionunu işğal etmək planı Edelveys adlanırdı və həmin əməliyyat 1942-ci ilin 23 iyul tarixində Adolf Hitler tərəfindən təsdiq olunmuşdur. Bu zəbtetmə planı Avropanın ən məşhur dağ çiçəklərindən biri olan Edelveysin şərəfinə adlandırılmışdır.

Edelveys adının bu işğal planına verilməsinin ideoloji və mənəvi tərəfləri var idi. Çünki Edelveys çiçəyi məlum olduğu kimi, Alp dağlarının ən ucqar nöqtələrində bitirdi. Bu, Almaniya nasizmi üçün böyük bir mənəvi anlam (qəhrəmanlıq və şərəf simvolu) kəsb etməkdə idi.

Bu mənada, ideoloji əhəmiyyət kəsb edən Edelveys çiçəyi adının məhz Azərbaycanla bağlı olan işğal planına verilməsi heç də təsadüfi deyildir. Çünki Azərbaycan neftdən dolayı Adolf Hitler üçün xüsusi əhəmiyyət daşıyırdı. SSRİ-ni yanacaqsız qoymağın ən gözəl yollarından biri, məhz Bakının işğalı idi. Məlum olduğu kimi, sovet hərbi texnikasının 70%-dən çoxu, xüsusi ilə aviatexnika Bakı nefti ilə işləyirdi.

 

Bakı səmasına soxulan Hitler aviasiyası - Luftwaffe

 

Təbliğat və Təşviqat naziri Yozef Göbbelsin rəhbərlik etdiyi qrumun çəkdiyi bir neçə video rolikdə Azərbaycanın önəmi dəqiq göstərilir. Adolf Hitler və Vermaxt generallarının üzərində Bakı yazılmış tortu kəsməsi, eləcə də Hitlerin şəxsən Bakı yazılmış tortun o hissəsini özünə götürməsi məsələnin ciddiliyindən xəbər verir.

II Dünya Müharibəsi illərində Azərbaycanın paytaxtı Bakı şəhəri Almaniya Hərbi Hava Qüvvələrinin (Luftwaffe) hücumlarına məruz qalmışdır. 1942-ci ildə alman döyüş təyyarələri Bakı səmasına düz 71 dəfə, həmçinin 1943-cü ildə isə 3 dəfə hücum etmişlər. Bu hücumlar zamanı Almaniyanın Reyxsmarşalı və Hərbi Hava Qüvvələrinin baş komandanı Herman Görinqin 96 döyüş təyyarəsi Bakı səmasında vurulmuşdur.

Almaniyanın Bakı ilə bağlı diversiya əməliyyat planına isə şəxsən Adolf Hitlerin sevimli zabiti Otto Skorzeni rəhbərlik edirdi. Bu həmin Otto Skorzenidir ki, İtaliyada kiçik bir dəstə ilə Benitto Mussolinini həbsdən qaçırmağa müvəffəq olmuşdu. Maraqlıdır ki, Otto Skorzeninin Bakı ilə bağlı kəşfiyyat-diversiya planları heç cürə uğurlu olmadı. O, öz qeydlərində bu vəzifənin öhtəsindən gələ bilməməsini müxtəlif bəhanələrlə izah etməyə çalışır.

 

Hitlerin Zaqatalaya çıxarılan desant dəstələri

 

İkinci dünya müharibəsi davam etdiyi müddətdə nasist Almaniyasının əksər əsir düşərgələrində çoxlu sayda azərbaycanlı var idi və onların da müəyyən hissəsi yəhudi adı altında güllələnirdi. Məhəmməd Əmin Rəsulzadə bu addımın qarşısını almaq üçün Hitlerin Şərq naziri Alfred Rozenberq ilə görüşür və gərgin müzakirələr baş tutur.

Mənbələr yazır ki, Rəsulzadə Rozenberqin azərbaycanlılarla bağlı "bəs, niyə onlar sünnət olunublar" sualına izahlı cavab verir. Beləliklə, yəhudi və müsəlman arasındakı sünnət mövzusuna aydınlıq gətirilmiş olur. Bundan sonra almanlar müsəlmanlarla yəhudiləri fərqləndirməyə başlayırlar.

Təbii ki, yalancı vədlər verməklə III Reyin başbilənləri azərbaycanlılardan ibarət 30 minlik legion təşkil edərək xüsusi əməliyyat planı hazırlayırlar. Qeyd etmək lazımdır ki, təkcə azərbaycanlılardan ibarət yox, gürcü və ermənilərdən də təşkil olunmuş, Almaniya üçün savaşan böyük legionlar mövcud idi. Bu bir danılmaz tarixi həqiqətdir ki, nasizm ideologiyası və hərbi nailiyyətləri uğurunda ermənilər xüsusilə can-fəşanlıq göstərirdilər. Bunu sübuta yetirən kifayət qədər tarixi faktlar, sənədlər var.

Məsələnin başqa tərəfi o idi ki, almanlar belə legionlar təşkil etməklə Azərbaycanı, eləcə də Bakını işğal etməyə çalışırdılar. Bu bir faktdır ki, feldmarşal Herman Görinqin rəhbərlik etdiyi III Reyin Hərbi Hava Qüvvələri (Luftwaffe) 1943-cü ildə Azərbaycan hava məkanına dəfələrlə daxil olmağa nail olmuşdur və bu zaman Zaqatala ətrafına gizli şəkildə xüsusi yetişdirilmiş təxribat-diversiya qrupları buraxmağı bacarmışdır (Bax: “Siyasi Liderlərin Psixoloji Portretləri”, A.Məmmədov).

Təbii ki, əsas tapşırıq olaraq, sözgedən əraziyə almanlar tərəfindən buraxılan desant dəstələr azərbaycanlılar arasında Hitler Almaniyasının xeyirinə təbliğat aparmalı idi. Lakin desant qrupların əksəriyyəti sovet kəşfiyyatı tərəfindən ifşa olunaraq məhv edildi. (Metbuat.az)


Hitler Zaqatala ətrafına desant çıxarıb - TAM MƏXFİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Sistani koronavirusdan ölənlərin kəfən, dəfn və digər məsələləri açıqladı - ƏTRAFLI
    İraq mediası Ayətullah Seyid Sistaninin koronavirusa yoluxaraq ölənlərin kəfən və dəfn edilməsi barədə suallara verdiyi cavabları yayımlayıb.
     29.03.2020
    Həzrət Əbəlfəzl Abbasın (ə) mövlud günüdür
    Əziz müsəlman bacı və qardaşlarımızı cihad meydanının qəhrəmanı olan Həzrəti Əbəlfəzli Abbasın(ə) mövludu münasibəti ilə təbrik edirik!
     29.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ