EURO 1,8856 TRY 0,3045
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:06.02.2019 16:01:23

Hindistanda maraqlı hadisə dünya mediasında diqqət çəkib.

Hindistanda maraqlı hadisə dünya mediasında diqqət çəkib.

İslamazeri.com xəbər verir ki, Hindistanda yaşayan 27 yaşlı Rafael Samuel adlı gənc "razılığım olmadan məni dünyaya gətiriblər" deyərək ata və anasını məhkəmə verməyi düşünür. Özünü "antinatalist" olaraq təqdim edən Samuel Hindistanda yayımlanan "The Print" jurnalına verdiyi müsahibədə "Bu dünyada narahatlıqlar yaşayacaqlarını bilərək uşaqları dünyaya gətirirlər. Bu doğru deyil", deyir.

Ana və atası ilə əlaqəsinin çox yaxşı olduğunu qeyd edən Rafael Samuel "Heç bir uşaq ana və atasına heç bir şey borclu deyil", bildirərək  "Anamı da, atamı da sevirəm. Çox yaxşı əlaqələrimiz var. Amma sırf öz şəhvətləri və istəklərinə görə məni dünyaya gətiriblər. Bu günə qədər çox rahat bir həyat yaşadım. Amma icazə almadan başqa birinin təhsil, iş, kariyera, ailə qurmaq kimi təzyiqlərin altına soxmağa haqqı yoxdur.", -deyə bildirib.

Nihulanand adlı sosial şəbəkə səhifəsində "Bir uşağı dünyaya gəlməyə məcbur edib, sonra kariyera qurmağa məcbur etmək adam qaçırma və kölə ticarəti deyilmi?", yazıb.

Samuelə görə, ana və atalar yuvalarına xoşbəxtlik gətirdiyinə görə, uşaqlarına qarşı borcludurlar. 

Hindistanda cəmiyyətin gənclər üzərində uşaq dünyaya gətirmələri üçün böyük bir təzyiq-basqı olduğunu önə çəkən Samuel "Heç kəsə fikirlərimizi yeritmək istəmirik. Amma içində yaşadığımız dünyaya yeni bir uşaq gətirmək doğru seçim deyil.", - deyə əlavə edir.

Hindistanda "Uşaqsız Hindistan" adlı bloqunda keçən ay qələmə aldığı bir yazısında Samuel "Bu dünyaya daha çox uşaq gətirərək çevrə və sosial uçurumu gücləndirməliyikmi? Bizlər uşaq həyata gətirməməkdə qərarlı olanlarıq. Bizlər uşaqsız hindlilərik", -fikirlərini qeyd etmişdi.


Hindistanlı "razılığım olmadan məni dünyaya gətiriblər" deyərək valideynlərini məhkəməyə verəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda axtarışda olan şəxs Moldovada saxlanılıb
    Azərbaycanda axtarışda olan şəxs xarici ölkədə tutulub.
     19.08.2019
    Tramp öz tərəfdarını təhqir etdi
    ABŞ prezidenti öz tərəfdarını təhqir edib.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ