Hindistanda müsəlmanlara dini zəmində zülmlər səngimək bilmir.

İslamazeri.com xəbər verir ki, ölkənin hüquq mühafizə orqanları dekabrın 30-da Kəşmirdə qətlə yetirdikləri 3 gəncin meyitlərini onların yaxınlarına verməkdən imtina ediblər.
Associated Press bildirir ki, 16 yaşlı oğlu Əzharı müsəlman qaydaları ilə son mənzilə yola salmaq imkanından məhrum olan Müştaq Əhməd özünə təsəlli vermək üçün yerli qabiristanlıqda məzar qazıb.
O, Hindistan hökumətinin oğlunun meyitini qaytaracağına hələ də ümidini itirməyib.
Qeyd edilir ki, hər üç gənc terrorçuluqda ittiham edilərək Srinaqar şəhərinin kənarında öldürülüblər.
Qətlə yetirilənlərin yaxınlarının tələblərinə rəğmən, mərhumlar doğma kəndlərindən 115 kilometr aralıda yerləşən məzarlıqda torpağa tapşırılıblar.
Hindistanda müsəlmanlar öldürüldü, meyitləri ailələrinə verilmir - FOTO