EURO 1,9649 NEFT 80
USD 1,7 RUB 0,026
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:30.11.2017 16:54:02

Hindistanda eşşəklər həbs edilib.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Hindistanın Uttar-Pradeş ştatının Oray şəhərində 8 baş eşşək 4 gün müddətinə həbsxanaya salınıb. Yerli sakinə məxsus heyvanlar yerli həbsxana binasının yaxınlığındakı dəyərli bitkiləri yeyiblər.

Dəymiş zərərin ümumi həcmi 1000 dollara yaxındır. Heyvanlar həbsxana direktorunun əmri əsasında vandalizmdə taqsırlı bilinərək həbs ediliblər. Heyvanların sahibi Kamleş isə həbsxana rəhbərliyindən onun sürüsünü sərbəst buraxması üçün yalvarıb. Bunların nəticə vermədiyini görən Kamleş “Bharatiya Canata” partiyasından olan siyasətçiyə yardım etməsi üçün müraciət edib. Partiya üzvü eşşəklərin yerinə girov ödəməyə razılıq verib, bundan sonra isə heyvanları azad ediblər.

Həbsxana nümayəndələrindən biri deyib ki, onlar bu addımı eşşək sahibini tənbih etmək üçün atıblar. Çünki Kamleş öz eşşəklərinə nəzarət etmirdi və çoxsaylı xəbərdarlıqlara baxmayaraq, eşşəklərinə harada gəldi otlamağa icazə verirdi. Bu qulaqburmasından sonra Kamleş yazılı şəkildə söz verib ki, öz eşşəklərinə nəzarət edəcək.


Hindistanda eşşəkləri həbs etdilər - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiyadan İngiltərəyə dolları silmək təklifi
    Rusiya Federasiyası ABŞ dollarına zərbə endirməyə davam edir.
     18.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ