Həzrəti Əbəlfəzlin (ə) müqəddəs hərəmində Quran məclisi keçirilib.

Dünən axşam Kərbəlada - Həzrəti Əbəlfəzlin (ə) müqəddəs hərəmində Quran məclisi keçirilib.
İslamazeri.com xəbər verir ki, bu barədə hərəmin rəsmi saytı məlumat yayıb.
Mərasim Qurani-Kərim Elmi Akademiyasının Quran Layihələri Mərkəzi tərəfindən təşkil edilib.
Quran məclisi qari Məhəmməd Rza Əl-Zubaidinin, ardınca isə Leys Əl-Ubaydinin qiraəti ilə açılıb, qari Əli Əl-Sədinin qiraəti ilə yekunlaşıb.
Məclisdə iştirak edən ziyarətçilər Qurani-Kərim süfrəsi ətrafında toplaşıb, onu dinləyərək, mübarək ayələri üzərində düşünüblər.
Həmin məclisdən olan görüntüləri təqdim edirik:
Həzrəti Əbəlfəzlin (ə) hərəmində Quran məclisi keçirilib - FOTOLAR