Bu, ötən əsrin 90-cı illərindən bəri ən geniş və əhatəli təmir işləri sayılır.

İyunun 22-də Həzrəti Əbəlfəzlin (ə) hərəminin günbəzinin təmiri başa çatıb.
İslamazeri.com xəbər verir ki, bu barədə hərəmin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu, ötən əsrin 90-cı illərindən bəri ən geniş və əhatəli təmir işləri sayılır.
Görülən təmir işlərinin dəqiq və ustalıqla tərtib edilmiş plan çərçivəsində həyata keçirildiyi qeyd edilib.
Qeyd edək ki, İslami bəzək kitabələri üçün hazırlanmış dizaynlar əvvəlki yazılarla eynidir. Lakin bəzi müasir bədii toxunuşlar əlavə edilib.
Həzrət Əbəlfəzl (ə) hərəminin günbəzinin təmirdən sonrakı görüntüləri - FOTOLAR