EURO 1,8352 TRY 0,2784
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:08.02.2020 12:09:14

Bu gün Həzrəti Abbasın (s.ə) anasının vəfat günüdür

İslamazeri.com xatırladır ki, b gün Həzrəti Abbasın (s.ə) anasının vəfat günüdür.

Ümmül Bənin kimdir?

 Adi Fatimə, künyəsi Ümmül Bənin (Oğullar anası), atası Hizam, anası isə Şəmamə və yaxud Leyladır. 

Ümmül-Bəninin (ə) ata-babaları islamdan öncəki dövrdə ərəblər arasında qəhrəmanlarından hesab olunurdu. Tarixçilər onların döyüş zamanı göstərdikləri şücaəti xüsusi vurğulayıblar. Əbülfərəc İsfahani özünün kitabında onun əcdadının qəhrəmnalığından yazıb. Ondan əlavə onlar öz qövmlərinin başçısı olublar. Belə ki, dövrün sultanları onlara təslim olaraq baş əyirdilər. Təsadüfi deyil ki, Əqil bin Əbi Talib Əmirəlmömininə (ə) deyirdi: “Ərəbər arasında Ümmül-Bənin tayfasından daha qəhrəman və şücaətlilərin görməmişəm.” Bəzi tarixçilərin etiqadına görə Əmirəlmöminin (ə), həzrət Fatimənin (ə.s) şəhadətindən sonra Ümmül-Bənin ilə evlənib. Amma bir məsələ aydındır ki, həzrət Əli (ə) Fatimənin (ə.s) şəhadətindən sonra onunla evlənib.
Deyilənə görə Əqil ibn Əbi Talib ərəb tayfalarını tanıyırdı. Həzrət Əliyə (ə) Ümmül-Bəninlə evlənmək təkilifini o, etmişdi. Həzrət (ə) o təklifi qəbul edir və onu Ümmül-Bəninin (ə) atasının yanına elçiliyə göndərir. Bu izdivacın nəticəsində Əbbas (ə), Əbdüllah, Osman, Cəfər dünyaya gəldi ki, onlar da Kərbəlada şəhid oldular.
Ümmül-Bənin istər həzrət Əlinin (ə) həyatı dövründə istərsə də onun şəhadətindən sonra öz həyat yoldaşı üçün səmimi, fədakar ismətli olub. O fədakar xanım, həzrət Əlinin (ə) azyaşlı uşaqlarını görəndə birbaşa onlara xdimət etmək qərarına gəldi və həqiqi bir ana kimi tutduğu yolda irəli getdi. Fatimənin (ə) övladlarını, öz övladlarından da önə çəkdi. Əsasən öz məhəbbətini onlara həsr etdi. Bir qədər sonra (öncə və əsil adı Fatimə olduğu üçün) həzrət Əliyə (ə) deyir ki, onun adını Ümmül-Bənin çağırsın. Beləliklə də Həsən və Hüseyn onun əsil adını atalarından eşidəndə analarına aid acı xatirələri xatırlayıb anasızlıq əzabını hiss etməsinlər. Məhz onun belə xüsusiyyətlərinə görə həzrət Əli (ə) səmimi qəlbdən onun hörmətini saxlayırdı.
Deyirlər ki, o aşura hadisəsində Mədinədə idi.  Övladlarına səfər zamanı belə tapşırdı: “Mövlam İmam Hüseynə (ə) göz qoyun, ona itaət edin!” Əlbəttə, Bəşir və həzrət Zeynəb (ə) ona imam Hüseynin (ə) şəhadət xəbərini verəndə o dedi: “Ey Bəşir, ürəyimi parçaladın!” Səsini qaldırıb nalə etməyə başladı. Bəşir dedi: “Allah, mövlamız imam Hüseynin (ə), müsibətinə görə sizə böyük mükafat versin. Ümmül-Bənin dedi: “ Övladlarım və yer üzündə olan hər bir şey imam Hüseynə (ə) fəda olsun!
Din alimi Məmaqaninin dediyinə əsasən, onun bu sözü imanını yüksək dərəcəsini, imamət məqamın güclü tanıdığını göstərir. O, özünün misilsiz dörd oğlunun imamın müdafiəsi uğurunda şəhadətə çatmasını rahatlıqla qəbul edir.
Kərbəla hadisəsindən sonra o, hər gün övladı Abbas üçün ağayır, mərsiyələr deyir, onun balalarına özü ilə birlikdə gətirərdi. Mədinə camaatı onun mərsiyələrini eşitmək üçün toplanardı. Onun yandırıb-yaxan rözələrindən hamılıqla göz yaşı tökərdilər.
Diqqət olunası nöqtə odur ki, onun Bəqi məzarlığına gəlməsi Bəni-üməyyəyə qarşı bir inqilab idi. Camaatı o müsibətin incəliklərindən xəbərdar edirdi.
Aşura hadisəsi  və orada şəhid olanların xəbərindən sonra Ümmül-Bənin öz evində yas mərasimi təşkil etdi. Bəni-Haşim qadınları orada bir araya gəlib imam Hüseyn (ə) və onun ailəsi üçün ağlayırdı.
Məşhur rəvayətə görə hicri təqvimi ilə 64-cü il, cəmadius-sani ayının 13-cü günü, həzrət imam Əlinin (ə) həyat yoldaşı və Qəməri-bəni-Haşim, həzrət Əbülfəzlul-Abbasın (ə) əziz anası Ümmül-Bənin (s) vəfat etdi. Onun oğlu Abbasın (ə) nəvələrinin əksəriyyəti Ərəbistan, İraq, Misir, Ordun, İran və türkmənistana da yayılmış, elm, ədəbiyyat, hədis və  şeirdə öz dövürlərinin üstünləri olmuşlar.


Həzrət Abbasın (ə) anası Ümmül Bəninin (s.ə) vəfat günüdür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranda Parlament və Xobreqan məclisinə seçkilər keçirilir
    İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri və Rəhbərlik Xobreqanı Məclisinə ilk ara seçkiləri Tehran vaxtı ilə bu gün səhər saat 8-də başlayıb
     21.02.2020
    İraq İrana uçuşları dayandırdı - SƏBƏB
    Rəsmi Bağdad İrana kornonavirus səbəbilə bütün uçuşları dayandırıb
     21.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ