EURO 2,0024 NEFT 78,2
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR

Kateqoriya : XƏBƏRLƏR

Yayınlanma tarixi:29.03.2018 13:55:20

İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikasına rəsmi səfəri martın 29-da başa çatıb.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Həsən Ruhani cümə axşamı Bakıda keçirilən İran-Azərbaycan Biznes Forumunda Azərbaycana olan səfərinin Novruz bayramı günlərinə və İmam Əli(ə)-ın mövlud günü ərəfəsinə təsadüf etməsini son dərəcə müsbət hal adlandırıb.

"İran və Azərbaycan xalqlarının İmam Əliyə(ə) olan məhəbbəti və Novruzla bağlı baxışları iki ölkə xalqının dini, tarixi, mədəni və adət-ənənə baxımından dərin ortaqlıqlara malik olmasının nişanəsidir.", -deyə İran prezidenti qeyd edib.

Ruhani İran və Azərbaycan xalqları arasındakı bağlılıq və qardaşlıq münasibətlərini hər iki ölkə xalqı və region üçün faydalı olan dostluq münasibətləri və əməkdaşlıqların əsas dayağı və bazası adlandıraraq deyib: "Bu səfər zamanı tarixi və strateji qərarlar qəbul edildi. Bu qərarlar region və dünyanın xeyrinə olacaq."

İran prezidenti həmçinin, Xəzər dənizini dostluq və əməkdaşlıq dənizi adlandırıb.

" İran və Azərbaycanın birgə əməkdaşlığı ilə bu su hövzəsinə Allah tərəfindən bəxş edilmiş nemətlərdən hər iki ölkə xalqının maraqları istiqamətində daha artıq faydalanmaq olar.", -deyə o əlavə edib.

Azərbaycan prezidenti İlham Əliyev də Bakıda keçirilən İran-Azərbaycan Biznes Forumunda etdiyi çıxışında iki ölkə əlaqələrinin çox yaxşı səviyyədə olduğunu deyib: S"iyasi əlaqələr ilə  yanaşı iqtisadi əməkdaşlıqlar və ticarət əlaqələrinin də daha artıq inkişaf etdirilməsinə səy göstərilməlidir."

İlham Əliyev həmçinin,  İran və Azərbaycanın ikitərəfli habelə, İran, Azərbaycan, Rusiya və İran, Azərbaycan, Türkiyə formatlarında üçtərəfli və bir neçə tərəfli əməkdaşlıqlara malik olduğunu deyərək, nəqliyyat, tranzit, enerji, təhlükəsizlik və siyasi məsələlər kimi mövzuların bu əməkdaşlıqların əsası olacağını bildirib.

İran İslam Respublikası prezidenti Həsən Ruhani Bakıda keçirilən İran-Azərbaycan Biznes Forumunun ardınca Tehrana qayıdıb.


Həsən Ruhani Bakıdakı tədbirdə İmam Əlidən (ə) danışıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zərifdən amerikalı rəsminin İranla müqavilə sözlərinə REAKSİYA
    Zərif amerikalı səlahiyyətli Brayan Hukun İranla yeni bir müqavilə arxasınca olduqları istiqamətindəki sözlərinə reaksiya göstərib.
     22.09.2018
    Dollar kreditlərilə bağlı Konstitusiya Məhkəməsi qərarını açıqladı
    Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.
     22.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ