EURO 2,0032 NEFT 63,42
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:13.06.2017 16:17:41

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib.

Komitədən verilən məlumata görə, hərracda 5 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Hərracda Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri-yaşayış sahəsinə, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri yaşayış sahəsinə sifariş verilib. Özəlləşdirilən əmlaklar tikinti, ticarət, təmir, səhiyyə sahəsinə aid olub. Həmin əmlaklar müvafiq olaraq Bakının Sabunçu rayonunda, Tovuz, Gəncə və Oğuzda yerləşir. 

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Tovuzda yerləşən “Turan” kiçik dövlət müəssisəsini və Gəncədə olan Təsərrüfat hesablı Təmir Tikinti sahəsini nümunə kimi göstərmək olar. Qeyd edilməlidir ki, “Turan” kiçik dövlət müəssisəsinin torpaq sahəsi 1 306 kvadratmetr, ümumi faydalı sahəsi isə 298 kvadratmetrə yaxındır. Təsərrüfat hesablı Təmir Tikinti sahəsinin isə torpaq sahəsi 281 kvadratmetr, ümumi faydalı sahəsi 81 kvadratmetrə yaxındır. Özəlləşdirilən əmlakların sahəsi 80 kvadratmetr ilə 577 kvadratmetr arasında dəyişir.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Gəncə şəhərində yerləşən sahəsi 30 kvadratmetr olan qeyri-yaşayış sahəsidir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün bu linkdən istifadə etmək kifayətdir.

Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır.

Qeyd edilməlidir ki, dövlət əmlaklarının özəlləşdirilməsi bu müəssisələrə gələcəkdə investisiya qoyuluşlarının artmasına, müəssisələrin istehsal fəaliyyətinin bərpası, yeni biznes subyektlərinin qurulmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, özəlləşdirilən əmlakların bir çoxu regionlarda yerləşir, bu bölgələrdə əlavə iş yerlərinin yaradılmasına, rayonların iqtisadi potensialının artmasına imkan verəcək.

Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşdirmə portalında (privatization.az) əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirmə portalında yerləşdirilir.

Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 20 iyunda keçiriləcəkdir. Hərraca ümumilikdə 193 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 90-ı kiçik dövlət müəssisə və obyekti, 70-i istifadəsiz qeyri-yaşayış sahəsi və 8-i nəqliyyat vasitəsidir.


Hərracda 5 dövlət müəssisəsi özəlləşdirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ