1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:28.09.2018 23:40:53

Azərbaycanda kişi cinsli vətəndaşlar 16 yaşında deyil, 15 yaşında ilkin hərbi qeydiyyata alınacaq.

Azərbaycanda kişi cinsli vətəndaşlar 16 yaşında deyil, 15 yaşında ilkin hərbi qeydiyyata alınacaq.

İslamazeri.com-un xəbərinə görə, bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 6-cı (Vətəndaşların ilkin hərbi qeydiyyata alınması) maddəsinin birinci cümləsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar. Dəyişikliklə yaş həddi 16-dan 15-ə endirilib.

Layihədə bildirilib ki, cari ilin 1 sentyabr tarixindən tətbiqinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin 15 yaşdan verilməsi nəzərə alınaraq təcrübədə baş verə biləcək uyğunsuzluqların qarşısının alınması məqsədi ilə ilkin hərbi qeydiyyatın da 15 yaşdan aparılması təklif edilir.


Hərbi qeydiyyat yaşı aşağı salınır - Qanuna dəyişiklik edildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriyaya sutka ərzində 2 minə yaxın qaçqın qayıdıb
    Ötən sutka ərzində Suriyaya 1938 qaçqın qayıdıb.
     09.12.2018
    Səudiyyə Ordusu Yəməndə balıqçıları hədəfə aldı; Dəhşətli görüntülər - VİDEO
    Səudiyyə və BƏƏ Ordularının Yəmən xalqına hücumları davam edir, bu dəfə yəmənli balıqçılar hədəfə alındı - hücumdan sonra dəhşətli görüntülər diqqət çəkdi...
     09.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ