EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:12.03.2019 22:50:55

İraqda Şəhid Günü münasibətilə müxtəlif tədbirlər keçirilib və "Həşdi-Şabi" ordusuna aid bəzi cənazələr də dəfn edilib.

İraqda Şəhid Günü münasibətilə müxtəlif tədbirlər keçirilib və "Həşdi-Şabi" ordusuna aid bəzi cənazələr də dəfn edilib.

İslamazeri.com xəbər verir ki, İraq xalqı İraq İslami Ali Məclisinin keçmiş sədri Məhəmməd Baqir Sədrin şəhadətinin 16-cı ildönümü münasibətilə, Nəcəfdə Şəhidlər Gününü anıb.

Sözügedən "Şəhidlər Günü" ilə eyni vaxtda terrorçular tərəfindən bir pusquda öldürülən "Həşdi-Şabi" qüvvələrindən bəzilərinin cənazələri dəfn edilib.

İraq İslahat və İnkişaf Koalisiyasının sədri Əmmar Həkim tədbirdə etdiyi çıxışında, Bağdadın İraqda xarici qüvvələrin baza qurması və qonşu ölkələrin İraq torpaqlarına hücum etməsinə icazə verməyəcəyini deyib.

Həmçinin İraq "Əsaib Əhli əl-Haqq" hərəkatı baş katibi Qeys əl-Xəzali də, mərasimdə etdiyi çıxışında, ABŞ-ın regionda yeni nəsil İŞİD yaratma hədəfində olduğunu bildirərək, "Həşdi-Şabi" qüvvələrinin Amerikanın bu fitnəsinə qarşı mübarizə aparacağını söyləyib.

İŞİD terrorçuları ötən cümə günü Mosul-Kərkük yolunda "Həşdi-Şabi" avtomobil karvanına hücum etmiş və 6 nəfər həlak olmuş və 30-dan çoxu da yaralanmışdı.


Həkim: Ərazilərimizdə xaricilərin hərbi baza açmasının əleyhinəyik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xameneidən adının Məsumlarla (ə) çəkilməsinə etiraz - ŞƏRHSİZ VİDEO
    İslamazeri.com Ayətullah Xameneinin çıxışını təqdim edir
     27.03.2019
    İrandan Qazaxıstandakı son hadisələrə MÜNASİBƏT
    İranın Xarici İşlər Nazirliyi mətbuat katibi Bəhram Qasımi Qazaxıstanda Prezidenti Nursultan Nazarbayevin istefa qərarını qiymətləndirib.
     27.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ