Hər il olduğu kimi, bu il də Həcc mövsümünün başlanmasına hazırlıq məqsədilə Kəbənin örtüyü qaldırılıb.

İslamazeri.com xəbər verir ki, Örtüyün aşağı hissəsi təxminən üç metr qaldırılıb.
Yuxarıdakı hissəsi isə dörd tərəfdən təxminən iki metr enində ağ pambıq parça ilə örtülüb.
Qeyd edək ki, Kəbə evinin qara örtüyü 670 kiloqramdır və 658 kvadratmetrdir. Örtük ildə bir dəfə, Ərəfə günü 80 nəfər insan tərəfindən dəyişdirilir.
Həcc mövsümünə hazırlıqla bağlı Kəbənin örtüyü qaldırılıb