EURO 1,8737 TRY 0,2585
USD 1,7 RUB 0,0214
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:06.02.2020 11:24:59

Həbib Nurməhəmmədov 100 milyon dollardan imtina edib.

Rusiyalı qaydasız döyüş üzrə çempion Həbib Nurməhəmmədov 100 milyon dollardan imtina edib.

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki,  Həbib Konor Makqreqorla yenidən qarşılaşmaq üçün ağlasığmaz təkliflər olsa da, qərarından dönmür.

Məşhur idmançı "TMZ Sports"a açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanından olan zəngin iş adamı bu döyüş üçün 100 milyon dollar təklif edib: “Bu qədər məbləğə niyə razı olmalıyam ki? Dünyada bir çox təşkilatlar var. Bu pulu ora köçürə bilərlər. Ya da pulu nə edəcəyini bilməyən UFC-yə versinlər. Mənə ağıldan kəm adamı məğlub etməkdən ötrü bu qədər məbləğin verilməsi doğru iş deyil".

Son dövrlər Konor Makqreqorun tez-tez revanş qarşılaşması üçün etdiyi təklifləri dilə gətirən Həbib "çox heyf ki, bu mümkünsüzdür. Mən diqqətimi hazırda aprel ayında Ferqüssonla keçiriləcək görüşə yönəltmişəm" açıqlamasını verib.

Qeyd edək ki, 2018-ci ildə Həbib Nurməhəmmədovun qələbəsi ilə bitən görüşün sonunda dağıstanlı idmançı rəqibi Konorun məşqçi heyətinə hücum etmişdi. İdman sarayının və Las Veqas polisinin müdaxiləsindən sonra hər iki tərəfi sakitləşdirmək mümkün olmuşdu. Baş vermiş hadisə ilə bağlı Həbib Nurməhəmmədov 9, Konor Makqreqor isə 6 ay cəzalandırılmışdı.


Həbib Nurməhəmmədov Səudiyyəli iş adamının 100 milyon dollarlıq təklifini rədd etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 18 metrlik avtobuslar xəttə buraxıldı - FOTO
    Bakıda fəaliyyət göstərən ekspres marşrut xətlərinə yeni avtobuslar buraxılıb.
     31.03.2020
    Müdafiə Nazirliyi tərxis və çağırış haqqında QƏRAR verdi
    Çağırış mayın 31-dək uzadılır, tərxis aprelin 20-25-i reallaşacaq
     31.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ