İslamazeri.com İraq mediasına istinadən xəbər verir ki, İraq Ordusunun nəzdində fəaliyyət göstərən, "Haşdi Şabi" briqadası hava qüvvələri təşkil edib

islamazeri.com İraq mediasına istinadən xəbər verir ki, İraq Ordusunun nəzdində fəaliyyət göstərən, "Haşdi Şabi" briqadası hava qüvvələri təşkil edib.
Bu haqda açıqlamanı briqadanın sədr əvəzi Əbdul Məhdi Əl Muhəndis bildirib.
Onun sözlərinə görə, bu qərar 2014-cü ildə İraq Silahlı Qüvvələrin baş komandanının verdiyi əmrə əsasən verilib.
"Haşdi Şabi" briqadası hava qüvvələrinin komandanı Səlahəddən Hantuş təyin edilib.
Qeyd edək ki, "Haşdi Şabi" ABŞ Ordusunun İŞİD-ə dəstəyinə görə, onların bu ölkədə olmasını istəmir və lüzumlu bilmir.
Onu da qeyd edək ki, Qərb, xüsusilə ABŞ mediası "Haşdi Şabi"ni İrana bağlı qüvvələr kimi təqdim edirlər.
"Haşdi Şabi" hava qüvvələri təşkil etdi