EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:01.02.2019 13:36:42

Yanvarın 31-də Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda keçirilən iclasda xeyli sayda qəzetlərin maliyyələşdirilməsinin azaldılacağı elan edilib.

Yanvarın 31-də Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda keçirilən iclasda xeyli sayda qəzetlərin maliyyələşdirilməsinin azaldılacağı elan edilib.

Fondun rəhbəri Vüqar Səfərli işarə edib ki, internet dövründə qəzet çapının maliyyələşdirilməsinin mənası yoxdur. “Müsabiqə elanında təklif olunan dəyişikliyə əsasən, Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur,” Səfərli qeyd edib.

O həmin göstəricilərə uyğun olmayan qəzetləri açıqlamayıb.

Lakin sosial şəbəkələrdə tezliklə bağlanacağı ehtimal edilən təxminən 20 qəzetin siyahısı yayılıb. Bunlar "Şərq", "Ədalət", "Unikal", "Palitra", "Paralel", "Azad Azərbaycan", "Hürriyyət", "Reytinq", "Olaylar", "Bizim yol", "Üç nöqtə", "Mövqe" və başqa qəzetlərdir.

Müşahidəçilər hesab edir ki, “Səs", "Yeni Azərbaycan", "Yeni Müsavat", "İki sahil", "Kaspi", "Bakı xəbər", "Novoye vremya", "525-ci qəzet" nəşrlərinin çap varinatlarının maliyyələşdirlməsi davam etdirləcək.

Hələlik bununla bağlı rəsmi təsdiq və ya hər hansı şərh yoxdur.(Turan)


Hansı qəzetlərin maliyyələləşdirilməsi dayandırılacaq?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ