1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:14.11.2019 09:33:17

"Vətəndaş işsizlikdən sığorta haqqı almaq üçün öz ərizəsi əsasında işdən çıxmamalıdır."

Vətəndaş işsizlikdən sığorta haqqı almaq üçün öz ərizəsi əsasında işdən çıxmamalıdır. Vətəndaş istəyindən və iradəsindən kənar işsiz qalmalıdır. Bu sığortanın ümumi prinsipidir.

Yenicag.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Nazir bildirib ki, vətəndaş əgər ixtisara düşərək və digər şərtlərlə işdən azad olunursa, o müvafiq məşğulluq orqanında qeydiyyata durmaqla işsizlikdən sığorta haqqı ala bilər.

S.Babayevin sözlərinə görə, işsiz qalan şəxsə 6 aylıq işsizlikdən sığorta haqqı təyin olunur: “Bu rəqəm 3 ay da artırıla bilər. Sığorta ödənişinin orta məbləği 300 manatdan yuxarıdır. Əsas problem ondan ibarətdir ki, bir çox hallarda şəxs öz ərizəsi ilə işdən ayrılır, yaxud işsiz statusu almaq üçün məşğulluq mərkəzlərində qeydiyyata düşmür. Bu gün məşğulluq mərkəzlərində cəmi 201 min insan qeydiyyata durub ki, bunun da yalnız 70 mini işsiz şəxs statusundadır. Yerdə qalanı isə işaxtaran şəxs statusundadırlar”.

Nazir qeyd edib ki, işsizlikdən sığorta ilə bağlı dəyişikliklər növbəti illərdə parlamentə təqdim ediləcək.


Hansı hallarda işsizlikdən sığorta haqqı almaq olar? - Nazir şərtləri açıqladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əfqanıstanda terror aktı nəticəsində 5 Gürcüstan hərbçisi yaralandı
    Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edən Gürcüstanın 5 hərbçisi yaralanıb.
     11.12.2019
    İmişlidə piyadanın ölümü ilə nəticələnən avtoqəza
    İmişlidə avtomobilin vurduğu piyada dünyasını dəyişib.
     11.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ