1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:25.09.2018 18:45:52

"Whatsapp” mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə məlumatlar yayılıb.

"Qardaş, salam” deyərək, səs göndərən naməlum kişi, yaxınına "Snikers”, cipslər, "Gülüstan” şirələri, "Ancor” və "Westgold”dan başqa, duru yağ daxil heç birindən istifadə etməməyi bildirib.
 
"Çünki bu qidaların hamısından vərəm çöpləri tapılıb. Şirkət rəhbərləri özləri bir-bir mağazaları gəzir. "Azərsun” əl-ayağa düşüb. Onların Türkiyədəki nümayəndələri Azərbaycana gəlib. Çalışın 5-10 günlük qablaşdırılmış şriniyyatlar almayın, mayonezlərdən istifadə etməyin. Guya buna şayiə donu geyindirmək istəyirlər. Amma fakt bu dəqiqə qida sektoru dağlır” deyə davam edib.
 
 
Məsələ ilə bağlı Unikal.org-a Qida Təhlükəsizliyi Agentliyinin (QTA) mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bunların həqiqəti əks etdirmədiyini bildirib.
 
O qeyd edib ki, faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səsbəb olur:
 
 
"Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına qurum tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür. İnsanlar arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız məlumatları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər həyata keçiriləcək. Bir daha vətəndaşlarımıza bu cür əsassız və reallığı əks etdirməyən şayiələrə inanmamağı tövsiyə edirik”.
 


Əhali TƏŞVİŞDƏ: “Snikers”, “Gülüstan”, “Ancor” və “Westgold”da vərəm çöpü var? - RƏSMİ AÇIQLAMA (VİDEO)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi...
    Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib.
     21.08.2019
    "Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır.
     21.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ