EURO 1,8924 TRY 0,2901
USD 1,7 RUB 0,0276
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:09.09.2019 16:06:54

Hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri müxalifəti maliyyələşdirirlər.

Hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri müxalifəti maliyyələşdirirlər. Bu sensasion bəyanatla ötən cümə günü həmin partiya sədrinin müavini Siyavuş Novruzov çıxış edib, - Turan yazır.

Partiyanın bölgə rəhbərlərinin müşavirəsində çıxış edən S.Novruzov bildirib ki, İdarə Heyətinin bəzi üzvləri, əvvəllər uzun illər nazir işləmiş şəxslər indi xaricə qaçıblar və müxalifəti maliyyələşdirirlər. "Bizdə konkret siyahı var", - o deyib, lakin konkret ad açıqlamayıb.

Qeyd edək ki, S.Novruzovun çıxışını bir sıra hökumətyönlü KİV dərc edib. Lakin çıxışın mətni Yeni Azərbaycan Partiyasının saytında yoxdur.

Turan-ın S.Novruzov ilə əlaqə yaratmaq və şərh almaq cəhdləri nəticə verməyib. İdarə Heyətinin digər üzvləri də şərh verməkdən imtina ediblər.

Lakin üç keçmiş nazir - təhsil naziri Misir Mərdanov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və nəqliyyat naziri Ziya Məmmədov bəyanatla çıxış edərək müxalifətin maliyyələşdirilməsinə bağlı olduqlarını inkar ediblər.

Qeyd edək ki, indiyədək hakim partiya və iqtidar Qərbi hakimiyyəti devirmək məqsədilə müxalifəti maliyyələşdirməkdə ittiham ediblər.-


Hakim partiyanın sədr müavini həmkarlarını müxalifəti maliyyələşdirməkdə ittiham edib - Turan

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tehranın cümə namazında milyonluq iştirak - VİDEO
    Bu gün Tehranın cümə namazına iştirak edənləri sayı milyonlarla ölçülüb
     17.01.2020
    Ayətullah Xameneinin cümə xütbəsindən sitatlar: Allahın günləri, Süleymani, ABŞ-ın vurulması...
    Ayətullah Xamenei 2012-ci ildən sonra ilk dəfə Tehranın cümə namazını qıdırıb, xütbə edib
     17.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ