Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:28.10.2021 11:56:14

Kiber hücuma məruz qalan İsrail rejiminin yüzlərlə hərbçisinin fərdi məlumatları sosial mediaya sızdırılıb.

İvrit dilində dərc edilən bir qəzet İsrail rejiminin genişmiqyaslı kiber hücuma məruz qaldığını və bu rejimin yüzlərlə hərbçisinin fərdi məlumatlarını ehtiva edən faylların ifşa olunduğunu bildirib.

 

İslamazeri.com  xəbər verir ki, "Yediot Ahronot" qəzeti yazıb: "Özünü "Musanın Əsası" adlandıran bir qrup sionist rejim ordusunun "Alfon" döyüş batalyonunun bütün məlumatlarını özündə əks etdirən faylı dərc edib.

Qəzetin yazdığına görə, dərc edilmiş bəzi fayllarda hərbi birləşmələrdə ehtiyatda olan hərbçilərin fərdi məlumatları, onların hərbi rütbələri, elektron poçtu, telefon nömrəsi və ev ünvanı yer alıb.

Hakerlər bu məlumatı “Darknet” və “Telegram” mühitlərində yayıblar.

Sözügedən qrup, həmçinin ötən bazar ertəsi İsrail rejiminin Müharibə Naziri Benni Qantsın şəxsi fotolarını yayımlayıb və onu izlədiklərini bildirmişdi.

Qeyd edək ki, bir müddət əvvəl də sionist rejimin ən böyük xəstəxanalarının saytları kiber hücumlara məruz qalıb.


Hakerlər İsrailin gizli məlumatlarını internetə yaydı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ