Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:24.05.2022 12:46:24

Bu günə qədər İşgaldan azad olunmuş ərazilərdə 67 məscid aşkarlanıb

"İşgaldan azad olunmuş ərazilərdə məscid və dini ibadət yerlərinin müəyyənləşdirilməsi ilə bağlı işlər həyata keçirilir".

İslamazeri.com xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, bu günə qədər o ərazilərdə 67 məscid aşkarlanıb: "İki məsciddən başqa digərləri yerlə-yeksandır. Ağdam Cümə məscidi və Yuxarı Gövhər Ağa məscidləri nisbətən salamat vəziyyətdədir. Əslində, işğaldan azad olunmuş ərazilərdə məscid sayı 67-dən çox olub, lakin Sovetlər dövründə tamamilə başqa məqsədlə istifadə edilib, təyinatları dəyişdirilib. İşğaldan sonra da bu proses eyni şəkildə davam edib - məscidlər başqa məqsədlə istifadə edilib. Biz rayon, kənd sakinləri ilə danışıb onlardan hansı ərazilərdə məscid olub-olmadığını soruşuruq".

Komitə sədrinin müavini deyib ki, Zəngilanda vaxtilə mövcud olan Zəngilan şəhər məscidinin əsaslı bərpasi davam etdirilir: "Eyni zamanda, Hadrut, Şuşa və Suqovuşanda yeni məscid komplekslərinin tikinti işləri davam edir".


Hadrut, Şuşa və Suqovuşanda yeni məscidlərin tikintisi davam edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Meymunçiçəyinin sağalma müddəti və müalicədə istifadə olunan dərmanlar açıqlanıb
    Meymunçiçəyi xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri və virusun müalicə müddəti açıqlanıb.
     1.07.2022
    Baş nazir Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb
    Azərbaycanın Baş naziri Əli Əsədov İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.
     1.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ