EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:11.03.2019 18:01:06

“Dövlət milyonerin uşağına niyə pul verməlidir?!”

"Bu gün 18 yaşadək olanlar üçün uşaq pulunun bərpası gündəmdə deyil."

Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara uşaq pulu verilməsi doğru deyil:

“Bu, belə ola bilməz. Uşaq pulu bərpa olunsa, varlı-kasıb hamıya bu müavinət verilməlidir. Axı aztəminatlı ailə ilə imkanlı ailəni bir tutmaq olmaz, dünyada belə texnologiya yoxdur.

Milyonçunun uşağına niyə dövlət uşaq pulu verməlidir?! Belə olan təqdirdə ünvanlılıq pozular.

Üç yaşadək uşaqlara görə uşaq pulu verilə bilər, doğuşa görə birdəfəlik müavinət verilir. Amma bunu 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara şamil etmək olmaz”.

Komitə sədri qeyd edib ki, uşaq pulunun bərpası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də hər hansı məlumat yoxdur.

Xatırladaq ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi uşaq pulunun bərpası üçün hökumətə təklif göndərib.

Mərkəzin rəhbəri Vüqar Bayramov bildirib ki, təklif edilən mexanizmə görə, uşaq pulunun məbləği üç yaş qruplarına görə müəyyənləşdirilir.

Müraciətdə üç yaşınadək uşaqlara aylıq 80 manat, dörd yaşdan məktəb yaşınadək olan uşaqlara ayda 50 manat, məktəblilərə isə ayda 40 manat ödənilməsi təklif olunur.


Hadi Rəcəbli uşaqpulunun bərpasına ETİRAZ ETDİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran Netanyahunun oğlu və arvadının telefonuna sızdı - İDDİA
    İsrail mediası bu dəfə İran hakerlərinin Netanyahunun ailəsinin telefonlarına sızdığını yazıb
     20.03.2019
    Laqodexidə İmam Əlinin mövludu keçirilib - FOTO
    Gürcüstanın Laqodexi bölgəsində Şahi Vilayət - Həzrəti Əlinin (ə) mübarək mövludu münasibətilə mərasim keçirilib
     20.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ