Hərəkətin məhdudlaşdırılması Kürdəmir rayonu istiqamətində tətbiq ediləcək.

Bu gecədən Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 89,7-ci kilometrində yerləşən mövcud avtomobil körpüsündə hərəkət qismən məhdudlaşdırılacaq.
İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir. Hərəkətin məhdudlaşdırılması Kürdəmir rayonu istiqamətində tətbiq ediləcək. Təmir işləri müddətində əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.
Hacıqabuldakı avtomobil körpüsündə hərəkət qismən məhdudlaşdırılacaq