EURO 1,9105 TRY 0,2917
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.07.2018 16:55:26

Bunu ötən gün Gəncə şəhərində şəhid olan Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun qardaşı, Gəncə İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov deyib.

“Dünən saat 9-a işləmiş qardaşım Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən meydanda olub. Bu zaman 60-70 nəfərə yaxın gənc ora çıxıb. Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevə hücum edilib. Qardaşım onu xilas edərkən qətlə yetirilib. Qardaşıma ürəyindən bir bıçaq zərbəsi vurulub”.

İslamazeri.com AzVision.az-a istinadən xəbər verir ki, bunu ötən gün Gəncə şəhərində şəhid olan Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun qardaşı, Gəncə İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov deyib.

T.Abbasov qeyd edib ki, həmin adamlar dinlə bağlı ola bilməz: “Onlar gələn zaman bunlar özü də çaşqın vəziyyətdə olub ki, əllərində bıçaq, dəyənək, lom olan gənclər haradan çıxdı? Gəncədə belə bir xarakter yoxdur ki, günahsız insanı belə amansızcasına qətlə yetirəsən. Bu, xüsusi təşkil olunmuşdu. Ermənistana sığınan adamlar var ki, internet üzərindən çağırışlar edirdilər. Burada məqsəd ara qatmaq və asayişi pozmaq idi. Heç bir zaman dini əqidəsi olan adam belə açaqlıq eləməz, başqa bir ailənin üzvünü qətlə yetirməz. Qətl böyük günahdır. Qardaşım da iş başında şəhid olub”.

 


Hacı Tahir Abbasov: “Səmədi ürəyindən bıçaqla vurublar” - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zərif də Şri-Lankadakı terrorlardan yazdı
    İranın XİN başçısı Məhəmməd Cavad Zərif bu gün Şri-lankada baş verən terror aktlarıyla bağlı özünün sosial şəbəkə səhifəsində yazıb
     21.04.2019
    Ərdoğan: Bu hücum insanlığa qarşı törədilib
    Şri-lankada baş vermiş terror aktlarıyla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib
     21.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ