EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:14.02.2019 21:08:39

"Özlərini müsəlman qələmə verən xəvariclərdən başqa vəhşi varlıq tanımıram"

“Biz, dünyada hər gün Allaha daha da yaxınlaşmaq üçün yaşayırıq. Çünki, bu həyat bizə Allaha yaxınlaşmaq üçün verilib. Bu fürsət bizə ona görə verilib ki, Allaha yaxın olaq. Bizim bütün problemlərimizin kökündə Allahdan uzaqlığımız dayanıb. İnsanın həyatı ona görə dalana dirənir ki, o insan Allahdan uzaq düşüb. Allahdan uzaq olmaq tənhalıqdı, iztirabdır, sıxıntıdır, acılıqdır. Cəhənnəm ona görə pis yerdir ki, ora Allahdan uzaq yerdir”.

İslamazeri.com xəbər verir ki, bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli "Məşədi Dadaş" məscidində cümə moizələrindən biri zamanı deyib. İlahiyyatçı Allaha yaxınlaşa bilməməyin yeganə səbəbi kimi eqoizmi, mənəmçiliyi göstərib:

“Mənəmçilik, eqoizm bizi yapışıdırb dünyaya qopmağa imkan vermir. Həmin o mənəm-mənəm yükünü atırsan kənara Allaha yaxınlaşırsan. İsa (ə) Bismillah dedi, çıxdı suyun üzərinə. Arxsacıyca da bir həvarisi də "bismillah" deyərək getməyə başladı. Amma suyun üzərində hərəkət etdikləri an həvarisi öz-özlüyünüdə qəlbindən keçirdi ki, İsa (ə) peyğməbərdi onun suyun üzərində getməsi normaldır, bəs mən indi gör kiməm ki, mən də suyun üzərində gedirəm. Onun bu mənəmçiliyi suya düşməsi ilə nəticələnir”.

İmam-cümə qeyd edib ki, bəziləri Allaha yaxınlaşmağı insanlardan uzaqlaşmaq kimi başa düşürlər, bu, təbii ki, yanlışdır. Əslində insan Allaha yaxınlaşamqla insanlara Allahla birgə yaxınlaşır: “Allah gözəl ticarət təklif edir bizlərə. Deyir, mənə görə elə mən də mükafatlandırım. İnsanın dünyadan qopub Allaha yaxınlaşması o mənada deyil ki, insan Allahı tərk edir. İnsan adamlardan ayrılır ki, Allahla təzədən adamlara tərəf qayıtsın. Allahsız adamların içində yaşayır, birdən qopur ki, Allaha yaxınlaşsın və Allahla yenidən adamlara qayıtsın. Dünyada zülmə məruz qalan insanları düşünmürsə, o insan hələ böyüməyib. Allaha yaxınlaşmağın ilk ictimai-siyasi agahlıqdır, həqiqəti tanımaqdır, insanları tanımaq və onların halına acımaqdır”.

Ş.Həsənli qeyd edib ki, dünyada baş verən bütün dinlərarası təhriflər hamısı nəfs üzündən baş verir: “Bütün dinlərin hamısı nəfs üzündən təhrif olunub. Peyğəmbər (s) buyurub ki, mənim ümmətim üçün də bu, baş verəcək. Bizim bir üstünlüyümüz var ki, Quranımız təhrif olunmyacaq. Bu gün özünü müsəlman adlandıran bəziləri var ki, bütün tarixin cinayətkarlarının üzünü ağ eləyiblər. Mən onlardan vəhşi varlıq tanımıram. Bu gün özlərini müsəlman kimi qələmə verən xəvaric-nadanlar ki var, özlərini müsəlman kimi tanıtmağa çalışırlar. Dünya onları müsəlman kimi tanıyır. Onlardan rəzil, alçaq, şərəfsiz varlıq tanımıram. Peyğəmbər (s) buyurub: Mənim dinim də belə təhrif olunacaq”.


Hacı Şahin özlərini müsəlman adlandıran terrorçular barədə

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Meydan TV”-nin rəhbəri Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL
    Meydan TV-nin rəhbəri Emin Millinin yeni paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
     25.03.2019
    “İlham Əliyevin bağışladığı nar ağacları, Lukaşenkonun hədiyyə etdiyi kartof”
    Gürcüstanın eks-prezidenti Georgi Marqvelaşvili turizmlə məşğul olmağa başlayıb - cəmi 80 dollar ödəməklə istənilən şəxs keçmiş dövlət başçısının özünün tikdiyi evdə gecələyə bilər.
     25.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ