1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:18.08.2017 15:21:47

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi və Məşədi Dadaş məscidinin imam-camaatı 2 və 9 saylı cəzaçəkmə müəssisələrində olublar.

İslamazeri.com xəbər verir ki, məhbuslar qarşısında çıxışında dini radikalizm mövzusuna toxunan ilahiyyatçı Hacı Şahin Həsənli bunun cəmiyyətin bütün təbəqələrini narahat etdiyini vurğulayıb.

İlahiyyatçı bildirib ki, radikalizm Allahın bizə göndərdiyi Qurana və Peyğəmbərin həyat yoluna ziddir. Dinimiz təcavüz dini deyil, onu dini ixtilaflar vasitəsinə çevirmək ən böyük xəyanətdir.

DQİDK-nın dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov İslamın adının terrorla eyniləşdirmə cəhdlərinin arxasında müəyyən maraqların dayandığını və bu dağıdıcı prosesin idarə edildiyini diqqətə çatdırıb.

Tədbirin sonunda çoxsaylı suallar cavablandırıldığı və Dövlət Komitəsinin nəşrləri olan kitabların məhkumlara hədiyyə edildiyi bildirilir.

Sonda camaat namazı qılınıb.

Xatırladaq ki, ilahiyyatçı Şahin Həsənli bundan öncə də bir neçə cəzaçəkmə müəssisələrində məhbuslarla gürüşü olub.

Qeyd edək ki, görüş Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində keçirilib.


Hacı Şahin məhbuslarla görüşüb, camaat namazı qıldı - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Liviyada mühacir qayığı batdı
    Liviyanın Zuvarə şəhərində immiqrantları daşıyan qayığın batdığı, yüzdən çox adamın itkin düşdüyü bildirilib.
     21.09.2017
    Tacikistan boks və digər idmanları qadağan edəcək - SƏBƏB
    Tacikistan maraqlı qanun layihəsi hazırlanıb.
     21.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ