1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:04.12.2017 10:54:29

Hazırda onun özünə qəsd etməsinin səbəbləri araşdırılır

Ötən gün intihar edən Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun bir neçə ağır xəstəlikdən əziyyət çəkdiyi məlum olub.


Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, H. Məmmədov ağciyər xərçəngi və vərəm xəstəliyindən əziyyət çəkirmiş. H. Məmmədovun xərçəng xəstəliyinə keçmiş MTN-in istintaq təcridxanasında saxlanıldığı vaxtlarda tutulduğu bildirilir. Ona şüa terapiyası da edilib. Lakin müalicə heç bir nəticə verməyib.

Hazırda onun özünə qəsd etməsinin səbəbləri araşdırılır.

Qeyd edək ki, Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan H. Məmmədov ötən gün mələfə ilə özünü asıb.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.


Hacı Məmmədov ağciyər xərçəngi və vərəmdən əziyyət çəkirmiş

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ