Hacı Cavad məscidinin imamı Hacı Əhliman Rüstəmov Hacı Cavad məscidindəki vəzifəsindən istefa verdiyi bildirilir

Hacı Cavad məscidinin imamı, ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov Hacı Cavad məscidindəki vəzifəsindən istefa verdiyi bildirilir.
İslamazeri.com məsələ ilə bağlı ruhaninin qohumlarından birilə əlaqə saxlayıb, o faktı təsdiqləyib.
"4-5 gün öncə QMİ-dən və məscid imamlığından istefa verdiyi düzdür. Sosial şəbəkələrdə guya hacının tənqidlərə görə istefa verməsilə bağlı fikirlər səhvdir.", - deyə o bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə ruhaninin istefa səbəbi Aşura mərasimlərinə şərait yaradılmaması göstərilir. Hələ ki, Hacı Əhliman Rüstəmov və rəsmi saytı tərəfindən rəsmi açıqlama verilməyib.
Hacı Əhliman Rüstəmovun istefa xəbəri yayılıb