EURO 2,0981 NEFT 74,06
USD 1,7 RUB 0,0279
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:29.03.2018 18:40:27

Bakının Yasamal rayonu ərazisində inşa olunan Hacı Cavad məscidinin tikintisi başa çatıb.

“Report”a xəbər verir ki, A.M.Şərifzadə küçəsində yerləşən ibadət ocağında son tamamlama işləri görülür.

Mart ayının sonunadək qalan işlərin yekunlaşdırılaraq məscidin təhvil verilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin tapşırığına əsasən tikilən Hacı Cavad məscidi bir gümbəzli, bir minarəlidir. Minarənin hündürlüyü 29 metr 80 santimetrdir. Məscidin öz hündürlüyü isə 18 metrdir. Köhnə məsciddən fərqli olaraq, yeni məsciddə idarə binası da inşa edilib. Məscid ümumilikdə 14 sot ərazidə inşa olunub, ibadət kompleksinin sahəsi isə 400 kv metrdir. Məscidddə eyni vaxta 550-600 insan ibadət edə biləcək. Birinci mərtəbə kişilər, ikinci mərtəbə qadınların ibadəti üçün nəzərdə tutulub. Əsas hissədə gümbəz, yan hissədə kişi və qadınlar üçün dəstəmaz otaqları inşa edilib.


Hacı Cavad məscidinin tikintisi başa çatdı - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Həzrəti Səccadın (ə) mövlud günüdür
    5 Şaban İmam Əli ibni Hüseynin (ə), Səccad və Zeynül-Abidin ləqəblərilə tanınan Əhlibeytin (ə) dördüncü imamının təvəllüd günüdür
     22.04.2018
    Səud kralının sarayı yaxınlığında atışma; çevriliş xəbəri yayıldı - VİDEO
    Səudiyyə Ərəbistanında çevrilişə cəhdlə bağlı xəbər yayılıb
     22.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ