1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:01.07.2017 00:13:07

Xəbər verdiyimiz kimi cümə günü günün ikinci yarısında Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidi boşaldılıb

İslamazeri.com xəbər verir ki, gecə vaxtı isə Hacı Cavad məscidinin ərazisinə polis və daxili qoşunların əsgərləri gətirilib. Ərazidə məscidin təhlükəsiz sökülməsi üçün bu addımın atıldığı bildirilir. Məscid isə gecə saatlarında sökülüb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev məscidin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq vermişdi. Yeni məscidin tikilməsilə bağlı yer ayrılıb və hətta yeni məscidin hansı üslubda tikiləcəyilə bağlı məscidin maketi də artıq hazır edilib. Lakin sosial şəbəkələrdə, məscidin nə vaxt dindarların üzünə açılacağı ilə bağlı suallar maraqlandırır.

Onu da qeyd edək ki, ötən ay QMİ sədri Yasamalda Şərifzadə küçəsində tikiləcək yeni Hacı Cavad məscidin  layihəsi, eskizləri, memarlıq cəhətdən özəllikləri ilə yaxından tanış olmaq üçün əraziyə baş çəkmişdi. Xatırladaq ki, Bakıda tikilən məscidlər 2-3 il müddətində əhalinin xidmətinə verilir. Məsələn: Heydər məscidi 2012-ci ildə tikintisinə başlanılıb və 2015-ci ildə hazır olmuşdu. Hacı Cavad məscidinin daha kiçik olmasını nəzərə alsaq məscidin 2 ilə ibadət üçün açılacağını ümid etmək olar. Yeni məscidin inşa olunacaq ərazidə yaşayan möminlərin bildirdiyinə görə, yeni Hacı Cavad məscidinin təməl tikintisinə başlanılıb.


Hacı Cavad məscidi söküldü; yeni Hacı Cavad məscidi nə vaxt istifadəyə veriləcək? - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Prezident Xələf Xələfova yeni vəzifə verdi
    Prezident İlham Əliyev Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
     14.11.2018
    Metyu Brayza:
    O qeyd edib ki, Rusiya gələcəkdə də Ermənistan siyasətində mərkəzi amil olaraq qalacaq.
     14.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ