EURO 2,0067 NEFT 73,92
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. İNFO

Kateqoriya : İNFO

Yayınlanma tarixi:12.04.2017 18:19:26

Hacı Cavad məscidi - Bakı şəhəri, Yasamal rayonu, Abulla Şaiq küçəsi, 79 ünvanında yerləşən yerli əhəmiyyətli abidə olan məscid.

Bu məscid düzbucaqlı formaya malikdir. Məscidin minarəsi, minbəri yoxdur. Mehrabı tağvari formada olub, sadədir. İç sahəsi 12x18 metr, yerdən tavana qədər hündürlüyü 6 metr, yerdən günbəzədək isə 9 metrdir. Günbəzində 2 gözlük qoyulub.

Yerli camaatın bildirdiyinə görə, bu məscidi tikdirən Hacı Cavad tacir olub. Məscidin əvvəlki giriş qapısının üstündə isə 3 daş kitabə həkk olunub. Həmin kitabələrdən birinə əsasən məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir (Miladi 1912-ci il). Divarlarının qalınlığı 1 metr olan bu məscid yonulmuş sal daşlarla tikilib. Fasad divarlar suvanmayıb, iç divarlar isə suvanaraq ağardılıb.

Məsciddə Əzizov Kanan Sərvan oğlunun sədrlik etdiyi "Hacı Cavad" məscidi dini icması fəaliyyət göstərir.

Məscidin axundu Hacı Əhliman Rüstəmovdur.

2017-ci ilin aprel ayında məscidin sökülməsi gündəmə gəlmiş və bu etirazlara səbəb olmuşdur.

 

Mənbə: Vikipediya


“Hacı Cavad” məscidi haqqında MƏLUMAT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sabahın hava proqnozu açıqlandı
    Azərbaycanda iyunun 19-na olan hava proqnozu açıqlanıb.
     18.06.2018
    XİN:
    Yaponiyanın Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
     18.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ