EURO 1,9314 NEFT 61,56
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. KİTAB HƏYATDIR

Kateqoriya : KİTAB HƏYATDIR

Yayınlanma tarixi:13.03.2018 18:56:28

Dünən Gürcüstan Müsəlmanları İdarəsinin tərəfindən son illərdə nəşr olunan dini kitabların təqdimatı keçirilib.

İslamazeri.com xəbər verir ki, dünən Gürcüstan Müsəlmanları İdarəsinin tərəfindən son illərdə nəşr olunan dini kitabların təqdimatı keçirilib.

Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İran İslam Respublikası Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Müctəba Kamranifərd, Beynəlxalq Əl-Mustafa Universitetinin nümayəndəsi Hacı Davud Zare, ictimaiyyət və din xadiməri iştirak ediblər.

Quranın tilavətindən sonra tədbiri giriş sözülə açan Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi son dörd ildə çap olunan kitablar haqqında statistik məlumat verib. O, Bu günə qədər 50-dən çox kitabın yüz minə yaxın tirajla, onlarla poster, braşur və infoqrafiklərin, təqvim və jurnalların ümumilikdə 300000-dən çox nüsxədə çap olunduğunu bildirib.

Ramin İgidov Qurani-kərimin Azərbaycan dilində iki tərcüməsinin 5000 nüsxədə çap edildiyini bildirərək, kitabların çap olunması sahəsində əməkdaşlıq edən “Parlaq imzalar” nəşriyyatına, müəyyən kitabların iri tirajlı çapına müəyyən dəstək göstərən və Dini İdarə ilə əməkdaşlıq edən İİR-nın Gürcüstandakı Mədəniyyət Mərkəzinə və “Əl-Mustafa” adına Elm Mərkəzinə minnətdarlığını bildirib.

Sonra həmin təşkilatların sədriləri Müctəba və Davud cənabları və sonda isə Marneulinin Baş axundu və İmam Rza (ə) adına mədrəsənin müdiri Hacı Əziz Nəbiyev çıxış edərək nəşr olunan kitablar haqqında öz fikirlərini bildiriblər. Qonaqlar kitabların nəşri və sağlam dinimizin təbliğ və təlimi sahəsində fəaliyyət göstərən Gürcüstan Müsəlmanları İdarəsinin fəaliyyətini yüksək qiymətləndirib, kitab oxumanın dəyəri və faydaları haqqında danışıblar. Sonda din xadimlərinə kitab və infoqrafiklər hədiyyə olunub.


Gürcütanda nəşr olunan dini kitabların təqdimatı keçirildi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin kimin prezident ola biləcəyindən danışdı: Adətən...
    Onun sözlərinə görə, peşəkar bilik və bacarıqlar lazım və faydalıdır.
     14.12.2018
    DSX Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa hissəsindəki döyüş postlarını təhvil alıb
    bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində deyib.
     14.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ