EURO 1,8991 TRY 0,294
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:10.11.2019 12:34:07

Gürcüstanın ilk LGBTQ filmi - "Sonra biz rəqs etdik" (And Then We Danced) premyerası Gürcüstanda etirazlara səbəb olub.

İslamazeri.com xəbər verir ki, Gürcüstanın ilk LGBTQ filmi - "Sonra biz rəqs etdik" (And Then We Danced) premyerası Gürcüstanda etirazlara səbəb olub.

BBC News Rusca müxbiri Nina Axmetelinin verdiyi məlumata görə Tbilisi və Batumidə keçirilmiş etirazlarda onlarla insan saxlanılıb.

Levan Akinin çəkdiyi film gürcü rəqslərinin ifaçısı Merabın Gürcüstan Milli Rəqs Ansamblında məşq edərkən öz cinsi orientasiyasını öyrənməsindən bəhs edir.

Gürcü əslli isveçli rejissor Levan Akin Variety jurnalına müsahibəsində bildirib ki, o, bu filmdə "mühafizəkar cəmiyyətdə homoseksuallığa qarşı mübarizənin çətinliyi, yeni nəsildəki ümidlər və incəsənət və ənənələrin oynadığı roldan" bəhs etmək istəyib.

Sonra biz rəqs etdik filmi Chicago Beynəlxalq Film Festivalı və Sarayevo Film Festivalı da daxil olmaqla, bir neçə mükafata layiq görülüb. Film həmçinin London və Cannes film festivallarında da nümayiş etdirilib.

İsveç bu filmi ən yaxşı xarici film nominasiyası üzrə Oscar-a təklif edib.

Lakin film Gürcüstanda həm dindarların, həm də mühafizəkar qrupların etirazlarına səbəb olub.

Akin millətçi qrupları tənqid edərək insanları Gürcüstanda "qara qüvvələrə" qarşı mübarizəyə səsləyib.

Gürcüstanın Pravoslav Kilsəsi filmin premyerasını tənqid edib və nümayişi "kilsəyə qarşı hücum" adlandırıb.


Gürcüstanın ilk LGBTQ filminə etirazlar - həbs olunanlar var

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “EuroHome”da sahibkarlara ödəniləcək kompensasiya ilə bağlı müzakirə keçirilib
    Sahibkarlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə məlumat verilib.
     13.12.2019
    ABŞ Senatı erməni soyqırımının tanınmasına dair qətnaməni qəbul etdi
    ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərin qətllərinin soyqırım kimi tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib
     13.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ