EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:12.03.2018 12:15:43

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gəlib.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

G.Kvirikaşvilini Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovvə digər rəsmi şəxslər qarşılayıblar. 

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirilməsi planlaşdırılır.

G.Kvirikaşvili azərbaycanlı həmkarı Artur Rasizadə ilə görüşəcək, daha sonra iki ölkənin hökumət üzvlərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriləcək.

Baş nazirin başçılıq etdiyi Gürcüstan nümayəndə heyətinə baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı nkişaf naziri Dmitri Kumsişvili, baş nazir müavini, xarici işlər naziri Mixeil Canelidze, maliyyə naziri Mamuka Baxtadze, palament sədrinin müavini, Azərbaycan ilə parlament dostluq qrupunun sədri Zviad Dzidziquri və baş nazirin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidze daxildir.


Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya: İranın terrorun qurbanıdır
    Bu sözləri Rusiyanın İrandakı səfiri deyib.
     19.03.2019
    Putin İslam dini haqda: Son illər...
    Putin Krım müftisi ilə görüşüb.
     19.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ