Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:22.06.2022 13:39:29

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında dərman vasitələrinin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

"İslamazeri.com"un komitəyə istinadən verdiyi məlumata görə, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn "Mercedes Benz Actors” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını, mal müşaiyət sənədlərində göstərilən “tekstil materiallardan ibarət keçə ortopedik döşəklərin istehsalında istifadə olunan sərt mallar” yükü olduğunu bildirib.

Daha sonra yük avtomobili rentgen qurğusundan keçirilib və şübhəli cizgilər müşahidə olunub. Təkrar yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerinin sol tərəfinin örtüyü qaldırılıb və mal müşaiyət sənədlərində göstərilməyən 57 irihəcmli karton yeşiklərə qablaşdırılan 2 156 qutu müxtəlif adda dərman vasitələri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Gürcüstandan ölkəyə qanunsuz dərman gətirilməsinin qarşısı alınıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Meymunçiçəyinin sağalma müddəti və müalicədə istifadə olunan dərmanlar açıqlanıb
    Meymunçiçəyi xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri və virusun müalicə müddəti açıqlanıb.
     1.07.2022
    Baş nazir Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb
    Azərbaycanın Baş naziri Əli Əsədov İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.
     1.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ