Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:22.01.2022 18:05:28

Tədbirdə yerli müsəlmanlar (xüsusi ilə xanımlar), din və ictimaiyyət xadimləri iştirak edib.

İslamazeri.com xəbər verir ki, bu günlərdə, Həzrət Peyğəmbərimizin (s) əziz qızı, imamət anası, xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə Gürcüstanın müxtəlif şəhər, rayon və kəndlərdə mərasimlərin keçirilməsi nəzərdə tutulub.

Cümə günü Qardabani rayonunda və Kaspinin Ferma kəndində təşkil olunan tədbirlərdə yerli müsəlmanlar (xüsusi ilə xanımlar), din və ictimaiyyət xadimləri iştirak edib.

Qurani-Kərimdən ayələrin tilavəti ilə açıq elan olunan hər iki tədbirdə Hz. Fatimeyi Zəhranın (s.ə) məqam, şəxsiyyət və fəzilətlərindən, möminlər anası olan xanımın simasında İslamda ailə mədəniyyəti, qadın hüquqları və nümunəvi müsəlman qadının xüsusiyyətləri haqqında ətraflı danışılıb.

Bayram əhval ruhiyyəsində davam edən tədbirlərdə xanımın haqqında şeir və ilahilər oxunub. Xanım Zəhra ilə bağlı suallar verilib, düzgün cavab verənlər mükafatlandırılıb. Nəhayət dualar oxunmaqla başa çatan tədbirlərdə bayram süfrəsi təşkil olunub.


Gürcüstanda Xanım Zəhranın (s) mövludu münasibətilə tədbir keçirilib - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanın Baş naziri Estoniya parlamentinin sədri ilə görüşüb
    Bu gün Baş nazir Əli Əsədov Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ilə görüşüb.
     23.05.2022
    Xəzərdə üzən gəmilərə xəbərdarlıq edilib
    Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına tapşırılıb ki, gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ