EURO 2,0083 TRY 0,2315
USD 1,7 RUB 0,0233
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:14.07.2020 18:08:04

 İslamazeri.com shafaqna.com-a istinadən xəbər verir ki, Gürcüstanda qumar oyunları və narkotik maddələrdən asılı olan gənclər pulsuz telefon konsultasiyası ala biləcəklər.

Bunun üçün xüsusi “qaynar xətt” yaradılıb.

111 nömrəsinə zəng edərək psixoloqla danışmaq olar. Bu xidmət artıq mövcud olan uşaqlar yardım üçün nəzərdə tutulan “qaynar xəttə” əlavə edilib.

111 “qaynar xəttinə” bu xidmətlər daxildir: uşaqlara qarşı zorakılıq, uşaq sağlamlığı, uşaqları təhsili, sosial və digər məsələlərlə bağlı münasibət və konsultasiya.

Psixoloq konsultasiyasını iş günləri saat 10:00-dan 19:00-dək almaq olar. Həmçinin uşaqlar, yeniyetmələr və onların valideyləri, öncədən razılaşmaq şərti ilə, əyani konsultasiya da ala bilərlər.

Xatırladaq ki, ötən il Gürcüstanda 2 gənc kişi intihar edib, onlar son məktublarında qumardan asılı olduqlarını yazıblar.

Hazırda Gürcüstanda 7 onlayn-kazino, 90 totalizator və 6,4 minə yaxın qumar aparatı mövcuddur. Ölkədə təxminən 700 min insan bu qumar alətlərindən istifadə edir.


Gürcüstanda qumar və narkotikdən asılı gənclərə pulsuz konsultasiya veriləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Krımın Simferopol şəhərində yeni məscid tikiləcək
    Məscidin inşasına torpağın ayrılması istəyi ilə mikrorayon sakinləri şəhər rəhbərliyinə müraciət edib.
     13.08.2020
     Pərviz Şahbazov  Rza Ərdakanianla videoformatda görüş keçirib
    Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla İranın Energetika naziri Rza Ərdakanian arasında videoformatda görüş keçirilib.
     13.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ