EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:21.08.2019 11:27:32

Gürcüstanda Qədir-Xum bayramı münasibətilə silsilə tədbirlər keçirilməkdədir

Gürcüstanda Qədir-Xum bayramı münasibətilə silsilə tədbirlər keçirilməkdədir.

Hər il olduğu kimi bu günlərdə də Gürcüstanın bir çox bölgələrində, rayon və kəndlərdə, məscidlərdə Həzrət İmam Əlinin (ə) imamət məqamına təyin olunduğu gün "Qədir-xum" bayramı ilə əlaqədar mərasimlər təşkil olunur, tədbirlər keçirilir və bayram süfrələri açılır.
İslamazeri.com xəbər verir ki,  tədbirlərdən biri də ötən gün axşam namazından sonra Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində yerli və ətraf məntəqələrdən dəvət olunan inanclı müsəlmanların iştirakı ilə təşkil olunub.
Məclisin təşkilatçısı olan “Əhli-beyt” məscidinin axundu Hacı Rahidin Qurani-Kərimdən ayələrin tilavəti və açıq elan etməsindən sonra tədbirdə azyaşlı uşaqlar şeir və qəsidələr oxuyublar.
Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və Azərbaycanın dəyərli ruhanilərindən ölkəmizdə qonaq olan Hacı Ramil Bədəlov çıxış edərək “Qədir-xum” bayramının mənası, tarixi həqiqəti, əhəmiyyəti və önəmi və eləcə də İslam ümmətinin vəhdətinin zəruriliyi haqda məlumat veriblər. Peyğəmbərimizin (s) son sifariş və vəsiyyətini müsəlmanlara xatırladıblar.
Gürcüstanlı məddah Səid Həsənin şeir və ilahilərinin sədaları altında keçirilən mərasim İmam Zaman (ə) duası oxunmaqla sona çatıb. Mərasim sonrası tədbir iştirakçıları bayram süfrəsinə dəvət olunublar.

Msxetanın Çixiciri kəndində də Qədir Xum münasibətilə mərasim təşkil olunub.

Kərbəlayi Pərviz Abdullayevin aparıcılığı ilə keçirilən məclis öncə Hacı Əli Nəqiyevin Quran tilavəti ilə başlayıb. Bunun ardınca tədbirdə iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və Bakıdan ölkəmizə dəvət olunan tanınmış ilahiyyatçı  Hacı Ramil Bədəlov çıxış edib. İlahiyyatçılar çıxış edərək bayram münasibəti ilə bütün müsəlmanları təbrik edib və bu bayramın mahiyyətindən, İslam aləmində önəmindən geniş söhbət açıblar. 


Gürcüstanda Qədir-Xum bayramı münasibətilə silsilə tədbirlər - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda bir neçə polis bölmə və şöbələrinə təyinatlar
    Bakının bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.
     20.09.2019
    Tanınmış bloqer canlı yayımda öldü - VİDEO
    Daniyal Khan "Tik Tok"un tanınmış pakistanlı bloqeri dostları ilə birlikdə yol qəzası nətcəsində ölüb
     20.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ