1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:13.11.2019 11:14:12

Ötən ay Gürcüstana 153 780 nəfər Azərbaycan vətəndaşı gedib

Ötən ay Gürcüstana 153 780 nəfər Azərbaycan vətəndaşı gedib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkəyə yollanan Azərbaycan vətəndaşlarının sayı 16 688 nəfər və ya 12% artıb.

Oktyabr ayında Azərbaycan vətəndaşları Gürcüstanın ən çox qəbul etdiyi xarici ölkə vətəndaşları arasında ikinci yeri tutub. Birinci yerdə 164 381 nəfərlə Ermənistan, üçüncü yerdə isə 133 584 nəfərlə Rusiyadır. Qonşu ölkəyə səfər edən Ermənistan vətəndaşlarının sayında illik müqayisədə 9% artım, Rusiya vətəndaşlarının sayında isə 11% azalma qeydə alınıb.

Hesabat ayında Gürcüstana dövlət sərhədlərini keçərək daxil olan əcnəbi vətəndaşların ümumi sayı 735 078 nəfər təşkil edib. Əcnəbilərin 339 811-i ölkədə 24 saat və daha çox qalıblar. 180 096-sı Gürcüstan ərazisindən tranzit, 215 171-i isə digər məqsədlər üçün istifadə edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkəyə üz tutan əcnəbilərin sayı 73 037 nəfər artıb. 


Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “EuroHome”da sahibkarlara ödəniləcək kompensasiya ilə bağlı müzakirə keçirilib
    Sahibkarlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə məlumat verilib.
     13.12.2019
    ABŞ Senatı erməni soyqırımının tanınmasına dair qətnaməni qəbul etdi
    ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərin qətllərinin soyqırım kimi tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib
     13.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ