1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:30.06.2020 19:40:13

Bu sözləri Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze bildirib.

İslamazeri.com "Az.shafaqna.com"a istinadən bildirir ki, bunu  “Sputnik Gürcüstan”a Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze bildirib.

O deyib ki, əgər Gürcüstan sərhədlərin açılmasına müqavimət göstərməyi bacarsa, bu, tarixi bir hadisə olacaq və “bütün dünya bizim haqqımızda danışacaq”.

Onun sözlərinə görə, Gürcüstan yoluxmanın sürətli yayılmasının qarşısının alınmasını tələb edən ilk sınaqdan çıxa bildi.

Ölkə fövqəladı vəziyyətin ləğv edildiyi, məhdudiyyətlərin götürüldüyü ikinci sınağa da tab gətirdi. Bu zaman yeni hallar az oldu. Əgər Gürcüstan sərhədlərin açılmasına müqavimət göstərməyi bacarsa, bu, tarixi hadisə olacaq və o zaman bütün dünya bizdən danışacaq”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, hətta əgər yeni xəstələnmə halları çoxalsa da, səhiyyə sistemi buna hazır olmalıdır, hər şeydən də öncə klinika sektorunda.

Mən əhalini inandırmaq istəyirəm ki, klinika sektoru birinci dalğanı elə qarşıladı ki, o, hətta öz imkanlarının 20%-dən də istifadə etmədi”, – deyə o əlavə edib və qeyd edib ki, Gürcüstan səhiyyəsinə nisbətdə “kollaps” sözündən istifadə etmək lazım gəlməyəcək.

Xatırladaq ki, Gürcüstanda ümumilikdə 926 yoluxma qeydə alınıb. Sağalanları sayı 791 nəfərdir, 15 nəfər isə dünyasını dəyişib.

 

 
 

 


Gürcüstan sərhədlərin açılmasına hazır olmalıdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran prezident seçkilərində iştirak edəcək namizədlər
    İran Daxili İşlər Nazirliyinin mətbuat-xidmətinin məlumatına əsasən, namizədlər aşağıdakı şəxslərdir:
     25.05.2021
    Xüsusi karantin rejimi yumşaldılır - TAM SİYAHI
    Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün keçirilən brifinqində xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra qərarlarını açlıqadı.
     25.05.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ