Patriarxın həkimi Tsisana Şamata bu barədə KİV-ə açıqlama verib.

İslamazeri.com Az.shafaqna.com xəbər verir ki, Gürcüstan ictimaiyyəti Gürcüstan Patriarxının səhhətilə bağlı məlumatları ciddi izləməkdədir.
Buna Patriarxiyada koronavirusun aşkar olması səbəb olub.
Patriarxın həkimi Tsisana Şamata bu barədə KİV-ə açıqlama verib.
“Bütün Gürcüstanın patriarxı II İlya həkimlərin nəzarətinə götürülüb. Lakin koronavirus testinə ehtiyac yoxdur. Lakin biz Patriarxa test təklifini edəcəyik”, – bunu jurnalistlərə Patriarxın həkimi Tsisana Şamata bildirib.
O həmçinin bildirib ki, Patriarxlıq işçilərindən kütləvi test götürülür, həmçinin COVİD-19-a qarşı işlər də aparılır.
“Daxil olanların sayını azaltmışıq. Girib-çıxanlardan test götürürük.”, -deyə Şamata əlavə edib.
Patriarxlıqdan isə bildiriblər ki, Bütün Gürcüstanın patriarxı II İlyanın səhhəti yaxşıdır,özünü yaxşı hiss edir.
Qeyd edək ki, 4 yanvarda II İlyanın 88 yaşı tamam olub. O 1977-ci il 23 dekabrdan Gürcüstan Pravoslav kilsəsinə rəhbərlik edir.
Gürcüstan patriarxlığında koronavirus səs-sədası: II İlyanın səhhəti necədir?