1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:08.07.2020 12:10:25

Gürcüstan Aİ-yə gedə bilən 15 qeyri-Aİ ölkələrindən biridir.

İslamazeri.com az.shafaqna.com-a istinadən xəbər verir ki, koronavirus pandemiyasına və onun səbəb olduğu səyahət məhdudiyyətlərinə görə Qlobal Pasport İndeksi (Global Passport Index) yenilənib.

Qeyd edək ki, GPI hər il dərc edilir və pasport sahibinin vizasız neçə ölkəyə gedə biləcəyinə dair reytinqi göstərir.

Ən son məlumatlara əsasən, Gürcüstan pasportu reytinqdə 15-ci yerdə qərarlaşıb, 2019-cu ildə isə 39-cu yerdə idi. Siyahıda ilk yer Yaponiya və Yeni Zelandiyaya məxsusdur.

ABŞ pasportu isə 18-cidir.

Gürcüstan vətəndaşları hazırda vizasız 57 ölkəyə səfər edə, 35 ölkədə sərhəddəcə viza ala bilərlər. 106 ölkəyə səfər etmək üçün isə Gürcüstan vətəndaşları öncədən vizanı rəsmiləşdirməlidirlər.

Xatırladaq ki, Gürcüstan keçmiş Sovet məkanında, vətəndaşlarına 1 iyuldan Avropa İttifaqına getməyə icazə verilən ilk ölkə oldu. Koronavirusla mübarizədəki uğurlarına görə, Gürcüstan Aİ-yə gedə bilən 15 qeyri-Aİ ölkələrindən biridir.


Gürcüstan pasportu ABŞ pasportunu geridə qoydu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan sərhədini qeyri-qanuni keçən əcnəbilər saxlanılıb - VİDEO
    Onlar 4-5 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.
     14.08.2020
    Ərəb Əmirliyi İsraillə əlaqələri rəsmi olaraq normallaşdırdı - İLK REAKSİYALAR
    Razılaşma sənədində İsrail və BƏƏ arasında münasibətlərin bərpa ediləcəyi qeyd edilir.
     14.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ