EURO 1,9187 NEFT 66,39
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:22.01.2019 13:52:44

Gürcüstan parlamentində burka və niqabın qadağan edilməsi qanun layihəsinə Seyid Mirtağı Əsədov tərəfindən kəskin etiraz olundu.

Gürcüstan parlamentində burka və niqabın qadağan edilməsi qanun layihəsinə Seyid Mirtağı Əsədov tərəfindən kəskin etiraz edilib.

İslamazeri.com xəbər verir ki, parlamentin İnsan Hüquqları Komitəsində 21/01/2019-cu il tarixdə, ictimai şəxslər, QHT nümayəndələri, dini konfensiyaların rəhbərləri ilə görüş keçrilib. 

Görüşdə gündəmdə olan bir neçə məsələlər müzakirə olunub və o cümlədən də "Burka və Niqabın qadağası" məsələsi.

Müxtəlif dini qurumların rəhbərləri öz mövqe və problemlərini qeyd etdikdən sonra, Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri və şeyxi Seyid Mirtağı Əsədov söz alaraq İslam dininin buyruğunu və öz fikrini qeyd edib.

ÜGMADİ-nin sədri və şeyxi Seyid Mirtağı Əsədov bildirib ki, İslam dini tək Qurandan ibarət deyil, bununla paralel olaraq sünnə də var:

"Yəni bizim müqəddəslərin həyatda etdikləri, buyurduqları və davranışlarnın cəmi. Burada isə görürük ki, Xanım Fatimə (s), Xanım Zeynəb (s) niqab və burkadan istifadə ediblər, bu isə o, deməkdir ki, bu geyimlər İslam sivilizasiyasının bir parçasına çevrilib.

Biz hər il Marneulidə İmam Hüseyn (ə) əza məclisi keçririk küçədə yürüş edərək, biz ana bacılarmız da Xanım Zeynəbin əzasına şərik olmaq üçün bu cür geyimdən istifadə edirlər. Siz bunlarımı kütləvi cərmələmək istəyirsiniz?"

Seyid Mirtağı Əsədov qeyd etdi ki, bu qanun layihəsi tez və təcili surətdə parlamentin müzakirəsindən çıxardılmalıdı: "Biz buna öz etirazımızı bildiririk. Həm dini olaraq, həm də insan hüquqlarının tapdanması deməkdi.

Qaldı millət vəkillərinə... Onların işi insanların həyatını yaxşılaşdırmaqla məşğul olmalıdı nə inki qadağalar gətirməklə, biz bu cür hallar və təklifləri qınayırıq.

Qanun təklifinin müəllifi Emzar Çkiviani, Mirtağı Əsədova etiraz edib ki, "Parlamentdə niyə ana dilinə danşırsan?" Onun bu fikrinə QHT nümayəndələri və müxtəlif vəkillər etiraz ediblər.

Müzakirə yenə davam edəcək.


Gürcüstan parlamentində burka və niqabın qadağan olunmasına Mirtağı Əsədovdan kəskin ETİRAZ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Laricani: Biz nüvə sazişinə sadiqik, ABŞ sözünü tutmadı
    Əli Laricani Yaponiya təmasları çərçivəsində Baş Nazir Şinzo Abe ilə görüşüb.
     15.02.2019
    Fələstinlilərin 47-ci “Geri qayıdış” yürüşləri keçirildi: Yaralılar var - FOTO
    Aksiyalar zamanı bir İsrail hərbçisinin kəllə-beyin travması aldığı önə çəkilir
     15.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ