EURO 2,012 TRY 0,234
USD 1,7 RUB 0,0232
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:10.12.2019 14:48:33

Gürcüstan ombudsmanı Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar bəyanat yayıb.

Gürcüstan ombudsmanı Nino Lomcaria 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar bəyanat yayıb.

“Report”un yerli bürosu xəbər verir ki, sənəddə Gürcüstanda yaşayan milli azlıqların üzləşdikləri əsas problemlər də əksini tapıb.

Ombudsman bildirib ki, ölkədə milli azlıqların hüquqlarının qorunması və vətəndaş inteqrasiyası üçün dövlət tərəfindən görüləcək zəruri tədbirlər qalmaqdadır.

N.Lomcaria vurğulayıb ki, milli azlıqların qərarvermə prosesində iştirakı, təhsil hüququnun səmərəli həyata keçirilməsi, mövcud proqramlar və xidmətlər barədə məlumat və yerli idarəetmənin həyata keçirilməsində iştirak etmək problem olaraq qalır.

Milli azlıqların təhsilinin yaxşılaşdırılması və dövlət dilinin tədrisinin vacibliyini qeyd edən ombudsman müəllimlərin ixtisasının artırılması və tədrisin keyfiyyəti ilə bağlı problemlərin qaldığını bildirib.

İnsan haqları üzrə müvəkkil bəyanatında milli azlıqların mədəni irsinin qorunması məsələsinə də toxunub. O qeyd edib ki, əvvəlki illərdə olduğu kimi mədəni irsin bərpası və qorunması istiqamətində dövlət heç bir əhəmiyyətli addım atmayıb.

Bəyanatda həmçinin vurğulanıb ki, dini azlıqlar uzun illərdir sovet dövründə müsadirə edilmiş tarixi-dini əmlakların qaytarılmasını tələb etsələr də, bu sahədə hələlik effektiv tədbirlər həyata keçirilməyib.  


Gürcüstan ombudsmanı: “Milli azlıqların mədəni irsinin qorunması istiqamətində heç bir addım atılmayıb”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bazar gününə olan statistika: Koronavirusdan sağalanların sayı 90 faizi keçdi
    Azərbaycanda koronavirus infeksiyasına 87 yeni yoluxma aşkarlanıb, 308 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.
     09.08.2020
    Gürcüstanda Qədir Xum bayramı keçirildi - FOTO
    Gürcüstanda İmamət və Vilayət bayramı olan Qədir Xum bayramı münasibətilə bayram keçirilib
     09.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ