EURO 1,923 TRY 0,2477
USD 1,7 RUB 0,0237
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:10.11.2019 13:15:34

Gürcüstanın ilk LGBTQ filmi - "Sonra biz rəqs etdik" (And Then We Danced) premyerası Gürcüstanda etirazlara səbəb olub.

Gürcüstanın ilk LGBTQ filmi - "Sonra biz rəqs etdik" (And Then We Danced) premyerası Gürcüstanda etirazlara səbəb olub.

Tbilisi və Batumidə keçirilmiş etirazlarda onlarla insan saxlanılıb. 

Lakin film Gürcüstanda həm dindarların, həm də mühafizəkar qrupların etirazlarına səbəb olub.

Akin millətçi qrupları tənqid edərək insanları Gürcüstanda "qara qüvvələrə" qarşı mübarizəyə səsləyib.

Gürcüstanın Pravoslav Kilsəsi filmin premyerasını tənqid edib və nümayişi "kilsəyə qarşı hücum" adlandırıb.

İslamazeri.com məsələ ilə bağlı Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi, Hacı Ramin İgidovdan məsələyə münasibətini öyrənib.

"Bununla bağlı Patriarxlıqla görüşəcəyik, həmçinin idarəmizdə bütün dinlər bir araya gələcəyik. Bir mənalı şəkildə biz də bunu tənqid edirik və bütün etiraz edənlərə öz həmrəyliyimizi bildiririk. Bu şeylər bütün Qafqaz mədəniyyətindən uzaq, qafqazlıların mentalitetinə zidd olan işlərdir. Həmçinin Allah Təala bu şeyləri şiddətlə qadağan edir. Bütün dinlərdə bu qadağa var. Bu cür insanlara xəstə kimi baxsaqda, artıq bu xəstəlikdən də keçib, düşünürük ki, belə şeylər cinsi istəklərdən irəli gəlir, təbliğatı yol verilməzdir.", -deyə Hacı Ramin İgidov bildirib.


Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi LGBTQ filmi əleyhinə etirazlara qoşuldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Şəhristanilə danışdım, müalicə kursu uğurla sona çatıb
    Bunu “Alulbayt Gürcüstan”ın rəhbəri, Ayətullah Şəhristaninin Gürcüstan nümayəndəsi Hacı Faiq Nəbiyev bildirib.
     07.07.2020
    Məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir
    Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində bildirib.
     06.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ