EURO 1,8737 TRY 0,2585
USD 1,7 RUB 0,0214
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:03.03.2020 14:59:37

Paşinyanın iki günlük Gürcüstan səfəri başlayıb

Gürcüstanın qonşu dost Ermənistanla münasibətləri iki ölkənin fərqli xarici siyasət prioritetlərinə baxmayaraq, bütün sahələrdə dərinləşməlidir. Bunu bu gün Gürcüstan hökumətinin başçısı Georgi Qaxariya deyib.

"Ölkələrimizin fərqli xarici siyasət istiqamətlərinə baxmayaraq, biz bir-birimizlə fəal əməkdaşlığı davam etdiririk", - deyə o, bu gün Tbilisiyə ikigünlük rəsmi səfərə gələn Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi brifinqdə bildirib.

G.Qaxariya erməni həmkarı ilə təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və təhsillə bağlı məsələləri müzakirə etdiyini deyib.

Paşinyanın sözlərinə görə, Gürcüstanla münasibətlərin inkişafı və dərinləşməsi Ermənistanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.

O qeyd edib ki, Gürcüstanın baş naziri ilə görüşdə regional təhlükəsizlik və sülhün bərqərar olması məsələləri də müzakirə edilib.

"Ermənistan-Gürcüstan əməkdaşlığı regionda təhlükəsizliyin ən mühüm qarantlarından biridir. Qeyd etmək istəyirəm ki, regionda münaqişələrin həll olunmasının yeganə yolu alternativi olmayan sülh yoludur", - deyə Paşinyan bildirib. O əlavə edib ki, regionda hər bir münaqişə bir-birindən fərqlənir və bu həssas məsələlərə balanslı yanaşma böyük əhəmiyyət kəsb edir.

İnterfaks Azərbaycan


Gürcüstan: Dost Ermənistanla fəal əməkdaşlığı davam etdiririk

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 18 metrlik avtobuslar xəttə buraxıldı - FOTO
    Bakıda fəaliyyət göstərən ekspres marşrut xətlərinə yeni avtobuslar buraxılıb.
     31.03.2020
    Müdafiə Nazirliyi tərxis və çağırış haqqında QƏRAR verdi
    Çağırış mayın 31-dək uzadılır, tərxis aprelin 20-25-i reallaşacaq
     31.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ